Nida Təhlil
Rusiya və Ukraynanın “müzakirə və müharibə” taktikası: kim geri çəkiləcək?
Hakan Fidan Rusiya və Ukraynanın İstanbul danışıqlarının növbəti raundunun keçirilməsi üzrə razılığa gəldiyini açıqlayıb. Bunun fonunda tərəflərin qarşılıqlı hücumları müşahidə edilir: “Hörümçək toru” əməliyyatından sonra Rusiya Odessa, Çerniqov, Xarkov və Sumıya hücum etdi, daha sonra Ukrayna Krım körpüsünü bombaladı;
Baş verənlər tərəflərin “müzakirə və müharibə” taktikasından istifadə etdiyini göstərir və əsas hədəf masadakı vəziyyəti öz xeyirlərinə dəyişməkdir. Hansı tərəfin buna nail olacağı isə müəmmalı olaraq qalır.
- Rusiyanın İstanbulda təqdim etdiyi memorandum Ukraynanın “təslim aktı” idi və Kiyevin bunu qəbul etməsi mümkün deyil, hətta Zelenski hakimiyyətdən getsə belə.
- Ukrayna son hücumları ilə təslim olmayacağını və müqavimət qabiliyyətinin qaldığını nümayiş etdirdi.
Bu situasiyada həlledici rolu ABŞ-ın mövqeyi oynayacaq. Ki, daha öncə Zelenskini təslim olmağa çağıran Tramp Administrasiyasının son dövrlər ritorikasında dəyişiklik müşahidə edilir, xüsusilə Kiyevlə “resurs anlaşması”ndan sonra. Mümkündür ki, Rusiya maksimalist tələblərini müəyyən qədər loyallaşdırsın, əslində Moskvanın barı yüksək tutması ən azı istəklərinin bir qisminin – zəbt etdiyi ərazilər üzərində nəzarətinin qəbul edilməsi, NATO-nun genişlənməməsi və s. qəbul edilməsinə hesablanmış diplomatik manevr – güzəştlər əldə etmək üçün “güzəşt” taktikası kimi də görünür. Hərçənd, bunun tezliklə baş verəcəyi sual altındadır, Moskva vəziyyətə hələki nəzarət etdiyini düşünür. Bu konteksdə diplomatik danışıqlara paralel şəkildə qarşılıqlı hücumların davam edəcəyi görünür.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


