Nida Təhlil
Moskvanın Bakıdan sensasion istəyi - “Qarabağ iddiası”nın səbəbi ortaya çıxdı
“RİA Novosti”nin “Rusiya Azərbaycanın Krımı və yeni regionları (Ukraynanın işğal edilmiş digər əraziləri) tanımasına ümid edir” xəbəri ilə Moskva nəhayət Bakıdan nə istədiyini elan etdi.
Mümkündür ki, bu istək kulis diplomatiyasında daha öncədən dilə gətirilib və AZAL təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində yaranmış narazılığın davam etməsindəki motivlərindən biri də bu ola bilər. Bakıdan müsbət cavab ala bilməyən Kreml isə həm Medinskinin “Qarabağı mübahisəli” ərazi adlandırması, həm də Krım istəyini ictimaiyyətləşdirməklə mesaj verir.
Rusiya başqa ölkədən yox, niyə məhz Azərbaycandan bunu açıq şəkildə istəyir?
İstisna deyil ki, Moskva Bakının tələblərini – mövcud situasiyada bunun AZAL-ın vurulan təyyarəsi ilə bağlı olmasından başqa versiya görünmür – yerinə yetirmək üçün şərt kimi Krım istəyini irəli sürür, Bakıda qəbul edilməyəcəyini bildikləri halda. Və bununla tələblərdən yayınmaq gedişi edir.
Azərbaycanın Rusiyanın bu istəyini qəbul etməyəcəyi bəllidir. Bu yalnız o halda müzakirə edilə bilər ki, Ukrayna Krımı və digər işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanısın və beynəlxalq hüquqda qəbul olunsun. Perspektivdə bu ssenarinin mümkünlüyü görünmür. Bu halda Moskvanın Bakıya qarşı təxribat xarakterli müxtəlif addımları gözləniləndir.
Asif Nərimanlı
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı












.jpg)




.png)

.jpg)

















