Nida Təhlil
İranın Zəngəzurdakı konsulluğu hərbi bazadır? - Gizlinlər ortaya çıxdı
İrandan sonra Fransanın da Zəngəzurda konsulluq açması, Rusiyanın isə buna nail olmaq üçün israr etməsinin siyasi səbəbləri bəlli olsa da, konsulluqların praktiki müstəvidə hansı fəaliyyəti göstərdiyi əvvəldən şübhəli olub. Çünki bölgədə İran və Fransa vətəndaşları yaşamır, yaxud sayları konsulluq xidməti açmağı zəruri edəcək qədər deyil.
Ermənistan mediasında yayılan bir məlumat (bilərəkdən, yaxud bilməyərəkdən) İranın Zəngəzurda – Qafandakı baş konsulluğunun gerçək fəaliyyətinə dair əvvəldən təxmin edilən şübhələri yenidən aktuallaşdırır.
Erməni türkoloq Varujan Qeqamyan Ermənistanda baş verən proseslərlə bağlı geniş müsahibəsində Fransanın Zəngəzurda konsulluq açmasından da danışır, bu addımın bölgənin təhlükəsiziyində heç bir rol oynamadığından bəhs edir və əlavə edir: “İran konsulluğu tərəfindən isə real işlər görülür, hətta hərbi təlimlər təşkil edilir”.
Ermənistanın təhlükəsizliyinin Tehranla əməkdaşlıq çərçivəsində təmin edilməsinin tərəfdarlarından olan Qeqamyanın məqsədi konsulluğun gerçək fəaliyyətini ifşa etmək yox, İranın əhəmiyyətini təbliğ etməkdir. Bu baxımdan, onun açıqladığı məlumatın iddia yox, fakt olması ehtimalı daha yüksəkdir.
Tehranın Ermənistanda Rusiyanın təhlükəsizlik rolunu üzərinə götürmək və Zəngəzurda hərbi baza qurmaq niyyəti 44 günlük müharibədən sonra aktuallaşıb. Lakin rəsmi İrəvanın Tehranla hərbi əməkdaşlığı həm Rusiya, həm də Qərb amilinə görə açıq müstəvidə həyata keçirməsinin çətinlikləri var. Mümkündür ki, İranın Zəngəzurda hərbi fəaliyyətlərinin koordinasiyası mərkəzi olaraq fəaliyyət göstərən konsulluq bu əməkdaşlıqda çətir rolunu oynayır.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)






.jpg)


