Nida Təhlil
Baqerinin ölümü post-Xamenei mübarizəsinə necə təsir edəcək?
Xamenei Baş Qərargaha və SEPAH-a yeni komandan təyin etməklə İsrailin hücumu nəticəsində Məhəmməd Baqeri və Hüseyn Salaminin öldürüldüyünü təsdiqlədi. “Mehr” agentliyi də bu təyinatı ölənlərin əvəzlənməsi kimi təqdim edib.
Dünən Baqeri “İran ordusu və SEPAH döyüş hazırlığının zirvəsindədir” açıqlamasını vermiş, Səlami də İsraili hədələmişdi. İsrail bu şəxsləri aradan qaldırmaqla həm təhdidə cavab vermiş oldu, həm də İran ordusu və SEPAH-a vura biləcəyi zərbəni nümayiş etdirdi. Analoji addımların yeni təyin olunan komandanlara qarşı da atılacağı gözləntisi böyükdür.
Baqeri və Salaminin ölümü İranın hərbi elitasının yenilənməsi zərurətini yaradır. Burada önəmli məqam post-Xamanei dövrünə hazırlığın konturlarında mümkün dəyişikliklərdir.
İranda rejimin qorunması məqsədilə hakimiyyətin hərbi elitaya ötürülməsi variantlardan biri kimi nəzərdən keçirilir. Post-Xamenei dövrünə hazırlıq, o cümlədən, Məhsa Aminin ölümündən sonra təkcə cəmiyyətdə yox, elitada da daxili parçalanmaların ortaya çıxması da bu məsələni aktuallaşdırdı. SEPAH bu prosesdə daha aktiv şəkildə hərəkət edir, hətta Xameneiyə qarşı mövqelərin olduğu haqda məlumatlar vardı. Pezeşkianın prezident olmasında Xameneinin məhz SEPAH-a “hələ ölmədiyini” göstərməsi də səbəblərdən biri kimi qiymətləndirilir.
Post-Xamenei dövrünə hazırlıqda SEPAH-la milli ordu arasında müəyyən qarşıdurma müşahidə edilir. Baqeri isə SEPAH keçmişinə malik olsa da, bu prosesdə milli ordunun lideri rolunda çıxış edirdi. Baqeri SEPAH-ın Azərbaycana qarşı radikal münasibəti qarşısında da loyal yanaşması ilə balansı qoruyurdu. Hətta SEPAH-ın İsraillə müharibə ssenarisində Azərbaycanı hədəfə almaqla bağlı daha öncə yayılan məlumatların azərbaycanlı əsilli Baqerinin liderlik etdiyi hərbi elita tərəfindən sızdırıldığı ehtimalları mövcuddur.
Baqerinin ölümü hərbi elitada SEPAH-ın mövqelərini gücləndirəcək amildir. Salami aradan götürülsə də, bu, daha mütəşəkkil struktur olan SEPAH mövqelərinə daha az təsir edə bilər.
Hərçənd, hər şey – İranın gələcəyini, post-Xamenei dövrünün olub-olmayacağını müharibənin nəticələri müəyyən edəcək.
Asif Nərimanlı
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”





































