Nida Təhlil
Xameneinin yeni komandanları da öldürülür: İsrail hansı ssenarini tətbiq edir?
İranın öldürülən hərbi rəhbərliyinin yerinə gətirilənlər də İsrail tərəfindən sıradan çıxarılır. Dörd gün öncə İran Baş Qərargahın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı postuna təyin edilən Əli Şadmani öldürülüb. Şadmani öldürülən Qulam Əli Rəşidi əvəz edirdi və cəmi 4 gün postunda qala bildi.
İsrail bununla HƏMAS-a qarşı ssenarini İranda tətbiq edir, əvvəlcə qruplaşmanın hərbi rəhbərliyi aradan götürüldü, daha sonra siyasi rəhbərliyi. İranda eyni ssenari üzrə hərbi rəhbərliyin öldürülməsindən sonra onları əvəzləyənlər də aradan götürülür. Şadmani ilə yanaşı, SEPAH-ın yeni komandanı Məhəmməd Pakpuru və yeni Baş Qərargah rəisi Əbdülrəhim Musəvi də hədəfdir.
Bu prosesdə əsas müəmma İranın hərbi rəhbərliyinin ardınca siyasi rəhbərliyinin, xüsusilə Xameneinin öldürülməsi ssenarinin reallaşması ətrafındadır. İsrailin İranda rejimi dəyişdirmək planı yalnız bu halda – siyasi rəhbərliyin sıradan çıxarılmasından sonra mümkün ola bilər, hərçənd, hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq yenə çətindir. ABŞ bu ssenarini qəbul etməsə də, İsrail Xamenei də daxil olmaqla İran rejiminin siyasi rəhbərliyinin öldürülməsi variantından hələ ki imtina etməyib.
Asif Nərimanlı
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































