Nida Təhlil
ABŞ İrana hücum edəcək? - Tramp çətin seçim qarşısında
İsrail İrana böyük zərbələr vursa da, bu hücumun prinsipial məsələləri həll etmək potensialına malik olmadığı görünür:
- Rejim təslim olmur və nəticədən asılı olmayaraq, müqavimətini davam etdirir;
- İranın nüvə obyektləri tamamilə sıradan çıxarılmayıb;
İran müharibəsi “dönüş nöqtəsi”ndədir və çox şey ABŞ-ın hərbi müdaxilə edib-etməyəcəyi qərarından asılı olacaq. Çünki İranın strateji dərinliklərdə yerləşən nüvə obyektlərinin məhv edilməsi yalnız ABŞ-ın müdaxiləsi ilə mümkündür. ABŞ prezidenti İrana müdaxilə məsələsini Ağ Evdə müzakirə etsə də, yekun qərar qəbul olunmayıb. İstisna deyil ki, qərarın qəbul edilmədiyi haqda yayılan məlumatlar Vaşinqtonun “aldadıcı taktikası” da ola və müdaxilə qəfil baş verə bilər. Trampın son açıqlamaları, xüsusilə Tehrana ünvanlanan “təslim ol” ritorikası da hərbi müdaxilə variantını ön plana çıxardığı təəssüratını gücləndirir. Lakin İrana hərbi müdaxilənin ABŞ üçün çətinlikləri də diqqətdən qaçmır.
- Trampın komandasında fikir ayrılıqları mövcuddur;
Trampın vəkili olmuş mühafizəkar siyasi şərhçi Taker Karlsonla respublikaçı senator Ted Kruz arasındakı İran mübahisəsi bunun bariz nümunəsi hesab oluna bilər. Ziddiyyətlər ortadadır: “Öncə Amerika” (MAGA) tərəfdarları İrana hərbi müdaxiləni dəstəkləmir və Trampın buna rəğmən belə bir addım atması onun reytinqinə zərər vurması risklərini artıra bilər. Çünki Trampın ilk və ikinci dəfə hakimiyyətə gəlişində ciddi rol oynayan MAGA koalisiyası ABŞ siyasətində ciddi faktora çevrilib.
- İrana hərbi müdaxilə Trampın “sülh proqramına” ziddir: onun ticarət və taariflərlə böyümək strategiyası arxa plana keçə bilər ki, bu da mühafizəkar kəsimdə birmənalı qarşılanmır;
- ABŞ-ın diqqəti Ukraynadan yayınacaq: nəticədə təkcə müharibəni bitirmək üçün qət edilən məsafə sıfırlanmayacaq, həm də İrana görə Rusiya ilə hesablaşmaq təhlükələri yarana bilər;
- İranın ABŞ üçün “qordi düyününə” çevrilməsi riskləri də var;
Əfqanıstan, İraq, Suriya... ABŞ-ın belə bir təcrübəsi var. İranın strateji dərinliyini və “din silahı”nı nəzərə alanda, perspektivlər daha çox dumanlı görünür.
ABŞ məsələni daha ağrısız həll etmək – İsrailin hücumu ilə İranın təslim olmasına nail olmaq istəyir. Hərçənd, bu ehtimal getdikcə zəifləyir. Çünki İranı masada tam təslim aktı gözləyir: Tehrandan nüvə proqramlarına tamamilə son qoymaq, raket proqramını dayandırmaq proksi qüvvələrindən imtina etmək tələb olunur. Rejim 46 ildir bütün siyasətini bu faktorlar üzərində qurub və bu qədər itkidən sonra onları qəbul etmək özündən imtina etmək deməkdir. Xameneinin təslim olmayacaqları haqda verdiyi son açıqlamaları da bu fikri gücləndirir.
Bu, prosesin dalana dirəndiyi nöqtədir və belə görünür ki, ABŞ-ın hərbi müdaxiləsi olmadan “nüvəsiz İran” hədəfinə çatmağın mümkünlüyü sual altındandır.
Asif Nərimanlı
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq













.png)





.jpg)
















