Nida Təhlil
Xameneinin öldürülməsi ssenarisi: ABŞ buna görə tərəddüd edir
Xameneini əsas hədəf kimi seçən İsrail dini liderin ölümünün İran rejiminin çökməsi ilə nəticələnəcəyini hesab etsə də, ABŞ bu məsələyə ehtiyatlı yanaşır. Tramp Xamenei ilə bağlı son açıqlamasında bəyan etdi ki, onun yerini bilirlər, lakin asan hədəf olmasına baxmayaraq, hələlik öldürmək fikrində deyillər. Bu, psixoloji üstünlük qazanmaq və İranı təslim üçün masaya gəlməsinə nail olmaq üçün istifadə olunan blef də ola bilər. Lakin Vaşinqtonda Xemeneinin ölüm fərmanının verilmədiyi görünür. Və bunun bir neçə səbəbini təxmin etmək mümkündür.
1. Xameneinin öldürülməsi onun “şəhid” kimi qəbul edilməsi ilə nəticələnəcək və özündən sonra İranın “müqavimət hərəkatının” simvoluna çevriləcək;
2. Bu ölüm aktı İranda, eləcə də rejimin “müqavimət oxu” coğrafiyası olaraq gördüyü bölgədə dini emosiyaları çoşdura, XXI əsrin Kərbəlası hekayələri üzərindən “zülmə qarşı birliyi” gücləndirə bilər;
3. Hətta İran rejimini tamamilə məğlub etmək mümkün olsa da, bunun Xameneinin ölümü ilə baş verməsi Vilayəti-Fəqih tərəfdarlarının “qisas istəklərini” davam etdirməsinə zəmin yarada bilər;
İsraildən fərqli olaraq, ABŞ Xameneinin ölümünü yox, masada təslim olmasını istəyir və bunun nəticələri İran rejimi üçün ölümdən daha betər olar. Çünki Xameneinin təslim olması ona və rəhbərlik etdiyi ideologiyaya təkcə İranda yox, “müqavimət oxu” adlandırdıqları coğrafiyada da inamı azaldacaq. Bu ssenari İranın bölgədəki ideoloji təsirinə ciddi zərbə ola bilər.
Asif Nərimanlı
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq













.png)





.jpg)
















