Nida Təhlil
Bu sənəd sülh müqaviləsinin yekunlaşdırılmasına real zəmin yaradacaq - Metyu Brayza
“Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aparılan müzakirələr sülh istiqamətində mühüm dönüş nöqtəsi hesab olunur. ABŞ prezidentinin kimliyindən asılı olmayaraq sülh prosesinə aktiv şəkildə qoşulması, yekun sülh müqaviləsinin imzalanması baxımından olduqca vacibdir”.
Bunu Publika.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, bu görüşdə birbaşa sülh müqaviləsinin imzalanması gözlənilmir:
“ABŞ-ın siyasi dəstəyi olmadan tərəflərin zəruri kompromislərə razılaşması çətin görünür. Mövcud məlumatlara görə, bu gün birbaşa sülh müqaviləsi gözlənilən deyil, amma onun əsaslarını müəyyən edən çərçivə sazişinin imzalanması gözlənilir. Bu saziş həm Azərbaycan, həm də Ermənistan liderlərinin hazır olduqları konkret addımları əks etdirəcək.
![]()
Bildiyimiz kimi, mart ayında iki lider yekun sülh sənədi üzərində razılığa gəlib. Lakin yalnız bir mühüm məsələ qalır: Azərbaycanın təkid etdiyi kimi, Ermənistanın konstitusiyasında dəyişiklik edilməli, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dəqiq və rəsmi şəkildə qeyd olunmalıdır. Bu proses isə Ermənistanda siyasi baxımdan olduqca çətin ola bilər. Paşinyanın bununla bağlı daxildə ciddi mübarizə aparacağı gözlənilir”.
Ekspert qeyd etdi ki, bu mərhələdə ABŞ-ın və şəxsən Donald Trampın göstərəcəyi dəstək həlledici ola bilər:
“Görüş zamanı eyni zamanda tərəflər arasında strateji tərəfdaşlıq sazişlərinin də müzakirə olunduğu bildirilir. Bu sazişlər ABŞ ilə Azərbaycan və Ermənistan arasında iqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirməyə hesablanıb. Həmçinin, ABŞ Konqresinin Respublikaçıların nəzarətində olduğu bir vaxtda Prezident Trampın “Freedom Support Act” qanununun 907-ci maddəsinin ləğvini təşviq edəcəyi ehtimal edilir.

Bundan əlavə, diqqət çəkən başqa bir məsələ isə Zəngəzur dəhlizi ilə bağlıdır. İddialara görə, Ermənistan ərazisindən keçən dəhlizin təhlükəsizlik şirkətləri deyil, ABŞ-a məxsus logistika şirkətləri tərəfindən idarə olunması istiqamətində razılıq əldə oluna bilər. Hazırda bunlar rəsmi təsdiqini tapmasa da, Vaşinqtondan gələn xəbərlər nikbin əhval-ruhiyyə yaradır.
Son dörddəbir əsr ərzində Qarabağ münaqişəsi kontekstində bu qədər optimist atmosferin müşahidə olunması nadir haldır. Ümid edirəm ki, əgər çərçivə sazişi düzgün şəkildə hazırlanarsa, bu sənəd sülh müqaviləsinin yekunlaşdırılmasına real zəmin yaradacaq”.
Roza Şəfiyeva
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar


















.jpg)



.jpg)















