Nida Təhlil
Vaşinqton görüşü Qarabağın azad olunmasından sonra NÖVBƏTİ TARİXİ NAİLİYYƏTDİR
“Vaşinqtonda baş tutan son görüş bölgədə mühüm geosiyasi dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu prosesin başlıca təşəbbüskarı və memarı şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevdir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
Onun sözlərinə görə, Vaşinqton görüşü Qarabağın azad olunmasından sonra növbəti tarixi nailiyyət kimi qiymətləndirilir:
“Prezidentin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi məqsədi daşımır, eyni zamanda Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması üçün strateji bir körpü rolunu oynayır.
Zəngəzur dəhlizi regional deyil, həm də qlobal səviyyədə maraq doğurur. Layihə vasitəsilə böyük dövlətlərin Cənubi Qafqaza marağı artıb, bu da bölgədə davamlı sülhün və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə şərait yaradır. Vaşinqton görüşünün nəticələri artıq hiss olunmaqdadır. Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Zəngəzur dəhlizi istiqamətində praktiki addımlar atılıb”.

Ekspert qeyd etdi ki, görüşdən sonra Ermənistanın daxili siyasi mənzərəsində də dəyişikliklər baş verib:
“Artıq Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqində yüksəliş müşahidə olunur. Rusiyaya bağlı müxalifətin təsiri də zəifləyib. Bu da Vaşinqton görüşünün regionda yeni siyasi balans yaratdığını göstərir.
Həmçinin, müxtəlif xarici qüvvələrin - Makron administrasiyasının, İranın mühafizəkar dairələrinin və Rusiyadakı bəzi siyasi qrupların bu prosesi əngəlləmək cəhdlərinə baxmayaraq, nəticədə Azərbaycan Prezidentinin mövqeyi reallaşdı. Zəngəzur dəhlizi açılacaq və bu, region üçün uzunmüddətli sülhün, iqtisadi inkişafın təməlini qoyacaq”.
Roza Şəfiyeva
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar


















.jpg)



.jpg)















