Nida Təhlil
Əliyevin ABŞ-a verdiyi Rusiya mesajı - Vaşinqton anlaşması təhlükədir?
Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsində Rusiyanın edə biləcəkləri – regionda baş verənlərə, Zəngəzur dəhlizinə və s. qarşı atacağı addımlarla bağlı suala cavabı diqqətçəkəndir.
“Onların (rusların) Ermənistanda hərbi bazası və bir neçə min nəfərdən ibarət hərbi heyəti var. Eyni zamanda, Ermənistanın İran və Türkiyə ilə sərhədi Rusiya sərhədçiləri tərəfindən qorunur. Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur. Beləliklə, Ermənistanda nə baş verə bilər, mən bunu bilmirəm. Lakin mən bu mənfi ssenari haqqında düşünmək istəmirəm”, - prezident cavabında deyib.
Bu açıqlamanı belə oxumaq mümkündür: Rusiyanın Bakı və İrəvan arasında Vaşinqtonun vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları Azərbaycan üzərindən pozmaq imkanları məhduddur, lakin Ermənistanla bağlı təhlükə var.
Əliyevin açıqlamasını da Tramp Administrasiyasına ünvanlanmış “Vaşinqton anlaşmasının pozulma riski Ermənistandadır” mesaj kimi qəbul etmək olar. Ermənistanda mümkün hakimiyyət dəyişikliyinin razılaşmalara təsiri ilə bağlı suala cavabında da “Vaşinqton anlaşmasının “onunla Paşinyan arasında” yox, “Azərbaycanla Ermənistan arasında” imzalandığını və “anlaşmaya qarşı hər hansı addımın ABŞ-a qarşı atılmış olacağını” deyən Prezident analoji mesajı deyir.
Bakının belə mesajları zərurətdən irəli gəlir. Çünki Vaşinqton anlaşmasının əleyhinə çıxan güclərin – Rusiya və İranın prosesə “zəif bənd” olan Ermənistan üzərindən müdaxilə cəhdləri əvvəldən proqnozlaşdırılan idi. Moskva və Tehranın bu cəhdləri var: ritorik müstəvidə sərt görürən açıqlamalar verilsə də, İrəvanla pərdəarxası danışıqların aparıldığı müşahidə edilir.
Asif Nərimanlı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
















.jpg)

.jpg)


.jpg)
















