Nida Təhlil
Əliyevin qətiyyəti: Putin AZAL-ın təyyarəsi ilə bağlı bütün tələbləri qəbul etdi
Rusiya AZAL-ın vurulan təyyarəsi ilə bağlı Azərbaycanın bütün tələblərini qəbul edib.
Düşənbə görüşündə Əliyevlə görüşən Putin ilk olaraq AZAL-ın vurulan təyyarəsi məsələsinə toxundu, “qəzaya görə başsağlığını bir daha çatdırdı” və hadisə baş verdiyi vaxt üzr istədiyini xatırlatdı. Hadisə ilə bağlı araşdırmanın yaxın vaxtda başa çatacağını deyən Putin diqqəti “kənar müdaxilə” üzərinə yönəltməyə çalışdı. Bu, məsuliyyəti müəyyən qədər də olsa bölüşdürmək məqsədi daşıyır.
Putin bildirdi ki, hadisə baş verən gün Rusiyanın hava məkanına müdaxilələr olub və Hərbi Hava Qüvvələri buna qarşı atəş açıb. AZAL-ın təyyarəsi hədəf kimi seçilməsə də, atəş açılan vaxt qəlpələrə tuş gəlib.
Azərbaycan da qəza baş verən ilk gündən bu mövqedən çıxış edirdi: Rusiya AZAL-ın təyyarəsini hədəf olaraq seçməyib, lakin HHQ-nin səhvləri nəticəsində böyük faciə baş verdi və buna görə Moskva Bakının üç haqlı tələbini qəbul etməlidir.
1. Baş verənlərə görə Azərbaycandan üzr istənilməli;
2. Kompensasiya ödənilməli;
3. Günahkarlar cəzalandırılmalıdır;
Putin hadisə baş verən vaxt Əliyevlə telefon danışığında üzr istəsə də - birinci tələb yerinə yetirilsə də, Moskva digər iki tələbə məhəl qoymamaq siyasəti sərgiləyirdi. Buna paralel olaraq, tələblərindən geri çəkilməsi üçün informasiya və siyasi müstəvidə Bakıya təzyiqlər edildi. Hərçənd, Əliyev bütün təzyiqlərə baxmayaraq, ilk gündə sərgilədiyi mövqeyindən geri çəkilmədi. Və nəhayət, Azərbaycanın iki tələbinin – kompensasiya ödənilməsi və günahkarların cəzalandırılması, icra ediləcəyi Əliyevlə görüşdə birbaşa Putin tərəfindən qəbul olundu.
Bu nəticənin əldə edilməsinin arxasında iki amil diqqət çəəkir.
Birincisi, Rusiyada Azərbaycanla gərginliyin bölgədəki maraqlarına uyğun olmadığını anladılar: Bakının haqlı tələblərinin qəbul edilməsi Moskvanın ikitərəfli münasibətlərin ruhuna uyğun davranışı hesab oluna bilər;
İkincisi, Prezident İlham Əliyev qətiyyətli mövqeyindən geri çəkilmədi: Azərbaycan lideri ilk gün irəli sürdüyü tələbləri sona qədər müdafiə etdi və buna nail oldu, bununla milli maraqlar məsələsində bir addım da geri çəkilməycəyini bir daha nümayiş etdirdi.
Asif Nərimanlı
-
MDB17:38Sevastopolda muzeyə hücumu İngiltərə planlaşdırıb - SVR hesabatı açıqladı
-
Magazin217:00Məşhur cütlüyün 20 milyon dollarlıq toyu
-
Dünya16:47"Qazax şahzadəsi" ABŞ-da 35 milyonluq malikanəni cəmi 10 dollara aldı - FOTO
-
Rəsmi xronika15:44Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
-
Sosial14:58Şıx çimərliyində qalmaqallı görüntülər: Rəsmi qurum iddialara cavab verdi - VİDEO
-
Sosial14:36ƏƏSMN bu qədər şəxsi işlə təmin etdi
-
Kriminal13:05Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü - YENİLƏNDİ
-
Dünya12:08Rusların telefon zarafatı bu ölkəni qarışdırdı: İstefası tələb olunur

















.jpg)








.jpg)





.jpg)






