Nida Təhlil
Moskva qəbul etdi: Rusiyadakı azərbaycanlılarla bağlı bu addım atılacaq
Düşənbədə Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin görüşü Azərbaycan və Rusiya arasında son 10 ayda – ötən ilin dekabrında bakıdan Qroznıya uçan AZAL təyyarəsinin vurulmasından etibarən başlanan “əsəb müharibəsi”nə son qoydu.
Moskva vurulan təyyarə ilə bağlı Bakının bütün tələblərini qəbul etdi: kompensasiya ödəniləcək və günahkarlar cəzalandırılacaq.
Lakin Rusiyanın atmalı olduğu addım bununla yekunlaşmır. Təyyarə böhranının həllindən sonra əsas gözlənti Moskvanın hədəf kimi seçdiyi soydaşlarımıza qarşı haqsız təqibləri dayandırmasıdır. Son 10 ayda Rusiyada Azərbaycan diasporunun rəhbərləri və icma üzvləri – azərbaycanlı kimliyinə məxsus bütün şəxslər ciddi təzyiqlə üzləşib, onlarla soydaşımız həbs olunub. Mümkündür ki, Rusiyada həbs olunan və qeyri-qanuni təqiblərə məruz qalan soydaşlarımıza qarşı addımlar yaxın dövrdə dayandırılacaq.
Çünki Rusiya soydaşlarımızı məhz Azərbaycanla apardığı “əsəb müharibəsi”nə görə təqib edirdi və rəsmi Bakının əsas tələblərindən biri də bu addımların dayandırılması idi. Bu məsələnin ikitərəfli təmasların əsas gündəminə daxil edildiyi də istisna edilməməlidir. Hətta prosesə strat verildiyini də demək mümkündür.
Bu kontekstdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlaması diqqət çəkir. Uşakov bildirib ki, Bakıda həbs edilən “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx sərbəst buraxılıb, eyni zamanda, Rusiyada həbs olunan Azərbaycan vətəndaşlarından biri azad edilib.
Asif Nərimanlı
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































