Nida Təhlil
Bakının növbəti sülh gedişi: Tranzitin açılması İrəvana nə vəd edir?
Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Prezident İlham Əliyev bunu Qazaxıstan səfəri zamanı bəyan etdi. Dövlət başçısının verdiyi məlumata görə, ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub.
“Bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”, - Prezident bildirib.
Rəsmi Bakının bu qərarı qəbul etməsi Vaşinqton prosesinin praktiki müstəvidə icra edilməsidir. 8 avqust Vaşinqton görüşündə Azərbaycan və Ermənistan üç mühüm məsələ üzərində razılaşma əldə etdi.
1. ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlı birgə müraciət qəbul olundu;
2. Tərəflər sülh sazişini parafladı;
3. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikanı birləşdirən Trump Route for International Peace and Prosperity (TRIPP) – Zəngəzur dəhlizinin açılması razılaşdırıldı;
Yekun sülh sazişinin imzalanması üçün yeganə maneə olan Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmdədir. Nikol Paşinyanın elan etdiyi “dördüncü respublika” konsepsiyasında da mövcud konstitusiyasının dəyişdiriləcəyi əksini tapır.
Vaşinqton görüşündən sonra irəli sürülən suallar əsasən razılaşmaların praktiki müstəvidə icrasının mümkün olub-olmaması yönündə idi. Halbuki, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Minsk qrupunun buraxılması ilə bağlı müraciət qəbul etməsi, eyni zamanda sülh sazişinin paraflanması razılaşmaların icra edildiyi demək idi. Lakin TRİPP layihəsinin – Zəngəzur dəhlizinin açılması razılaşmasının icra edilməsi ətrafında müəyyən müzakirələr-mübahisələr hələ də davam edir.
Azərbaycanın Ermənistana yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırması bu məsələyə də aydınlıq gətirdi: Vaşinqton görüşündən sonra yaranmış yeni sülh mühitində Zəngəzur dəhlizi də daxil olmaqla bütün razılaşmaların icrası reallaşacaq.
Bakının bu addımı bir neçə kontekstdə əhəmiyyətlidir.
Birincisi, Ermənistana yüklərin tranzit məhudiyyətinin götürülməsi regional kommunikasiyanın açılması istiqamətində ilk mühüm addımdır;
İkincisi, Azərbaycan Vaşinqtonda razılaşdırılan kommunikasiyanın bərpası razılaşmasının praktiki müstəvidə icrasını həyata keçirir;
Üçüncüsü, regional sülhün əldə edilməsinin əsas memarı olan Azərbaycan – Prezident İlham Əliyev Vaşinqton anlaşmalarının həyata keçirilməsi təşəbbüsünü də öz üzərinə götürür.
Bakının qadağanı aradan götürməsindən sonra Ermənistana yüklər Gürcüstan üzərindən gedəcək, lakin bu, müvəqqəti xarakter daşıyır. İkitərəfli münasibətlərin normallaşması, sülh prosesinin möhkəmlənməsi perspektivi yüklərin birbaşa Azərbaycandan Ermənistana keçidi şəraiti yaradacaq. Bu addım mövcu vəziyyətdə əldə olunan sülhün yaratdığı iqtisadi dividentlərdir və Qarabağın işğalına görə dalan ölkəyə çevrilən Ermənistana xarici bazarlarla ticarət əlaqələri yaratmaq üstünlükləri bəxş edir. İrəvanda bu situasiya doğru qiymətləndirməli, sülh prosesinin tam yekunlaşması istiqamətində işin davam etdirilməsinin vacibliyini anlamalıdırlar. Çünki regionda sülh gündəliyinin alternativi yoxdur.
Asif Nərimanlı
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi




















.jpg)














.jpg)

