Nida Təhlil
İrəvan Bakı-Ankara yolunu niyə açmağa çalışır? - Pərdəarxası HƏDƏF
Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsindən sonra Paşinyan iki dəfə bu haqda danışıb. Bildirib ki, “Türkiyə və Azərbaycan arasında yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsinə hazırıq”. Erməni baş nazir hətta bunun üçün marşrut xəttini də təklif edib: Marqara-Yeqnadzor-Sisian-Gorus yolu.
Bu, Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə Paşinyanın təklifi arasında fərq var.
Azərbaycan qadağanı ləğv edib, lakin yüklərin sərhəddən keçidi hələ gündəmdə deyil: Qazaxıstandan (fərqli ölkə də ola bilər) Ermənistana aparılan yüklər Azərbaycana daxil olur, Gürcüstan üzərindən İrəvana aparılır. Rəsmi Bakı bununla kommunikasiya bərpası razılaşmalarını praktiki müstəviyə köçürür, hərçənd, Zəngəzur dəhlizi açılmadan birbaşa tranziti tətbiq etmir. Bu gediş Ermənistanı dəhlizi maksimum tez açmağa sövq etməyə də hesablanıb.
Ermənistanın Türkiyə və Azərbaycan arasında tranzit olmaqda israrlı mövqeyinin isə öz hədəfləri var:
- Gorusdan sərhəd keçidini açmaqla Ermənistana daşınan yüklərin də birbaşa tranzitinə nail olmaq, eyni zamanda, Marqara keçid məntəqəsini işlək vəziyyətə salaraq, Türkiyə ilə sərhədin açılması presedentini yaratmaq;
- Ankaranın sərhədin açılması üçün irəli sürdüyü “Bakı ilə razılaşmaq” şərtinin aktuallığını arxa plana keçirmək;
- Kommunikasiyanın bərpasına Zəngəzur dəhlizi açılmadan başlamaq;
Bu baxımdan, Nikol Paşinyanın Ermənistanın Türkiyə-Azərbaycan yüklərinə tranzit olmaqla bağlı israrlı açıqlamalarında məqsəd heç də “jestə qarşı jest etmək” deyil. Rəsmi Bakının məsələyə reaksiya verməməsi İrəvanın niyyətindən xəbərdar olması kimi qəbul oluna bilər. Mümkündür ki, Azərbaycan perspektivdə Ermənistan tranzitindən “pilot layihə” kimi bir, ya bir neçə dəfə istifadə etsin, lakin Zəngəzur dəhlizi açılmadan regional kommunikasiyanın bərpası reallaşmayacaq. Bakı üçün regional kommunikasiyanın paket şəkilində açılması məqbuldur.
Asif Nərimanlı
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi








































