Nida Təhlil
Zəfərdən sonra başlayan yeni dövr: Türk dünyası güc mərkəzinə çevrilir
"Azərbaycanın Qarabağda Qərbin dəstəklədiyi ermənilər üzərində qazandığı qələbə yalnız işğal olunmuş ərazilərin azad olunması anlamına gəlmir. Bu qələbə, eyni zamanda, Türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır".
Bunu Publika.az-a açıqlamasında Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin (TARSAM) rəhbəri, tarixçi professor Naci Yengin deyib.
Onun sözlərinə görə, 2020-ci il Qarabağ qələbəsindən sonra Türk Dövlətləri Təşkilatının (TDT) və müşahidəçi ölkələrin fəaliyyətini daha qətiyyətli şəkildə davam etdirməsi qürurverici haldır:
"Bu gün Azərbaycan və Türk dünyası Qarabağ qələbəsinin 5-ci ildönümünü qeyd edir. Qarabağın azad edilməsi türk dövlətləri arasında etimadı və gələcəyə olan inamı daha da möhkəmləndirdi. Türk dövlətlərini bir təşkilat altında birləşməyə təşviq edən ən mühüm hadisə məhz bu qələbə oldu.
Qələbə türk dövlətlərinin mədəni, sosial, hərbi, ticarət və siyasi sahələr də daxil olmaqla bir çox istiqamətdə inteqrasiya əzmini gücləndirdi. Bu müsbət atmosfer, 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Toplantısında qəbul edilən qərarlarda da öz əksini tapdı".

Qafqaz və Orta Asiyada türk dövlətlərinin bir çox geosiyasi və geostrateji ərazilərdə, o cümlədən iqtisadi, siyasi, sosial-mədəni, hərbi və enerji sahələrində regional sabitliyin təmin edilməsinə yönəlmiş fəaliyyətləri 2020-ci ildən sonra daha da güclənib. Bu qələbə Azərbaycan, Türkiyə, Macarıstan, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın regional birliyini möhkəmləndirib".
Professor İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi qətiyyətli dəstəkdən danışıb. O qeyd edib ki, beynəlxalq ictimaiyyətin təzyiqlərinə baxmayaraq, Türkiyənin “bir millət, iki dövlət” prinsipi sarsılmaz qalıb.
“Türk Şurası bu müharibədə Azərbaycanı daim dəstəkləyib. Azərbaycan Prezidenti İlham Əliyev də bu dəstəyə görə Türk Şurasına minnətdarlığını bildirib. O, həmçinin vurğulayıb ki, Türk Şurası Azərbaycanın haqlı işini ən güclü şəkildə dəstəkləyən beynəlxalq təşkilatdır. Qazaxıstan, Qırğızıstan və Özbəkistan da bəyanatları və ritorikası ilə Azərbaycanı dəstəklədi.

Qarabağ Qələbəsindən sonra Minsk Qrupu fəaliyyətini dayandırdı, Ermənistan və Rusiya isə azad olunan torpaqları tərk etmək məcburiyyətində qaldılar. Bölgənin əsl sahibləri olan Azərbaycan türkləri Qarabağda yenidən məskunlaşmağa başladı. Qafqazda güc balansı Azərbaycanın və türk dövlətlərinin xeyrinə dəyişdi.
Qafqazda və Türküstanda baş verən regional və beynəlxalq hadisələr bir daha bu bölgənin geosiyasi və geostrateji əhəmiyyətini nümayiş etdirdi. Gələcəkdə bölgənin təhlükəsizliyinin təmin olunması üçün Türk Dövlətləri Təşkilatının daha fəal rol alacağı gözlənilir. Qarabağ qələbəsindən sonra Türk Şurasının institusionallaşması və Türk Dövlətləri Təşkilatına çevrilməsi isə türk dünyasında və beynəlxalq səviyyədə yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir", - Naci Yengin bildirib.
Roza Şəfiyeva
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















