Nida Təhlil
Aİ-Ermənistan sənədində Qarabağ təxribatının hədəfi nədir? - DETALLAR
Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan “Tərəfdaşlıq Gündəliyi” sənədi Bakı-İrəvan xəttində etimad quruculuğuna inamsızlıq yaradır. Sənəddə qeyd olunur ki, Aİ Ermənistanla tərəfdaşlıq çərçivəsində “Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin (bundan sonra “didərgin düşmüş ermənilər” və/və ya “qaçqınlar”) ehtiyaclarının ödənilməsinə və sosial-iqtisadi inteqrasiyasının təşviq edilməsinə xüsusi diqqət yetirəcək”.
Bu, Ermənistanla imzalanan sənəddə Azərbaycanın ittiham edilməsi və regional sülhə qarşı “minaların” yerləşdirilməsi cəhdidir.
- Azərbaycan erməniləri Qarabağdan “didərgin” salmaqda ittiham edilir: halbuki, 20 sentyabr əməliyyatında heç bir mülki şəxsə, yaxud infrastruktura zərər yetirilmədi və ermənilərin Qarabağdan çıxması könüllü şəkildə baş tutdu;
- “Dağlıq Qarabağ” ifadəsi Azərbaycanın ərazi bütövlüyünə qarşıdır və mövcud sülh prosesinə adekvat deyil;
- “Dağlıq Qarabağ” ifadəsinin Avropada qəbul olunması Ermənistanda revanşistlərin fəaliyyətini stimullaşdırır;
Rəsmi Bakı Aİ-Ermənistan sənədinin sülh gündəliyinə zidd olduğunu açıqladı. Rəsmi İrəvan isə bunu qəbul etmir, əksinə, “sənədin regionda sülhə töhfə verdiyini” iddia edir. Əslində İrəvan da anlayır ki, sənəddə əks olunanlar Bakının etimad quruculuğuna inamını azaldır, sülh prosesinə zərər verir. Buna rəğmən, “Dağlıq Qarabağ” ifadəsinin sənədə salınması konkret maraqlardan irəli gəlir.
Birincisi, Ermənistan “Dağlıq Qarabağ ermənilərinə sosial dəstək” kimi Avropa İttifaqından aldığı maliyyənin davamlı olmasını təmin etmək istəyir;
İkincisi, Ermənistan hakimiyyəti həm də seçici elektoratı kimi gördüyü Qarabağdan geri qayıdan ermənilərin sosial problemlərini həll etməklə onların əks-düşərgəyə kütləvi axınına imkan vermək istəmir;
Üçüncüsü, İrəvan “Dağlıq Qarabağ ermənilərini” Bakı ilə danışıqlarda, xüsusilə Qərbi azərbaycanlıların qayıdışı tələbinə qarşı hələ də kart kimi saxlamağa çalışır: Paşinyanın “Qərbi Azərbaycan məsələsini bağlamaqla” bağlı son açıqlaması da bu kontekstdə təsadüfi deyil;
Hərçənd, “Dağlıq Qarabağ ermənilərindən” təkcə Ermənistan yox, Aİ də regional siyasətdə istifadə etməkdən əl çəkmir. Və məsələyə təkcə Aİ-nin Azərbaycanla münasibətlərdə əlini gücləndirməsi kimi yox, həm də Vaşinqton anlaşması ilə regiona daxil olan ABŞ-la geosiyasi qarşıdurmasının bir hissəsi olaraq baxa bilərik.
Asif Nərimanlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


