Nida Təhlil
Epşteyn Bakıya səfər edib? - Sənədlərdə Azərbaycanla bağlı bütün detallar
Epşteyn sənədlərində əsas axtarılan məqam pedofiliyada ittiham edilən amerikalı milyarderin səfər etdiyi ölkələr və əlaqə qurduğu şəxslərdir. Bu detal Epşteyn adasında istismara məruz qalan azyaşlı qızların hansı ölkələrdən oğurlanması ehtimallarını da yaradır. Qlobal gündəmi zəbt edən Epşteyn işində Azərbaycan ictimaiyyəti üçün də iki sual aktualdır:
1. Epşteyn Bakıya səfər edibmi?
2. Azərbaycanın adı Epşteyn sənədlərində necə hallanır?

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan 3 milyondan çox səhifə, 2 min video və 180 min fotodan ibarət sənədlər arasında axtarış aparmaq çətin deyil. Müvafiq linkə (https://www.justice.gov/epstein) daxil olmaqla istənilən ölkənin və şəxsin adını axtarış yerinə yazaraq, nəticələri görmək mümkündür.
Azərbaycan adının axtarışı zamanı 186 nəticə çıxır. Lakin dəqiq nəticə bu rəqəmdən azdır, çünki bir sıra elektron məktub və materiallar təkrarlanır. Azərbaycanla bağlı materialları iki kateqoriyaya ayırmaq olar: şəxsi yazışmalar və siyasi məlumatlar/ hadisələrin analizi;

Sənədlərdən görünür ki, Epşteyn geosiyasi proseslərlə bağlı açıq mənbələrdə yayılan analitik materialları və məlumatları fayl şəkilində sistemləşdirərək, toplayıb, eləcə də bu, materialları müxtəlif ünvanlara göndərib. Bu, Epşteynin təkcə elit təqəbə üçün azyaşlı uşaqların istismar edildiyi əyləncə məclisləri təşkil etmədiyini, eyni zamanda, siyasi proseslərlə yaxından maraqlandığını göstərir. Azərbaycanın adı sənədlərdə əsasən bu kimi analitik materiallarda yer alır.
Şəxsi yazışmalarda isə Azərbaycanın adı cəmi bir neçə dəfə çəkilir.
- 2011-ci ilə aid olan məktubda “Sultan bin Sulayem” Epşteynə Bakının gözəl şəhər olduğundan bəhs edir. Avqust ayında olan yazışmalarda Epşteyn Bakıya birbaşa uçuşun olub-olmadığını soruşur, lakin səfərlə bağlı heç bir qeyd yoxdur.

- 2015-ci ilə aid yazışmada “Sultan bin Sulayem” Epşteynə Bakının fotolarını göndərib, Parisdən daha gözəl şəhər olduğunu yazıb. Məlum olur ki, “Sultan bin Sulayem” sentyabrda Bakıda olub.
“Sultan bin Sulayem”in kimliyi məlum deyil. Epşteyn onun Bakıya səfər təklifi ilə maraqlansa da, yekunda bunu etməyib.
- 2014-cü ilə aid məktubda Epşteynin qardaşı Mark Konqres üzvlərinin Bakıya səfər proqramından bəhs edir. Səfər proqramında müəyyən problemlərin olduğu görünür. Qardaşı Epşteyndən soruşur ki, “tanıdıqları varsa, bu səfər proqramına dəstək vermək sərfəli ola bilər”.

- İsrailin keçmiş baş naziri və müdafiə naziri Ehud Barakın həyat yoldaşı Nili Priellə Eşpteynin 2016-cı ilə aid yazışmasında Azərbaycanın adı çəkilir. N.Prielli yazır ki, “Ehud səninlə danışmaq istəyir. Nə vaxt və harada? Ehud hazırda Azərbaycandadır”.
Sənədlərdə Epşteynin Azərbaycana səfər etdiyi, yaxud konkret şəxslərlə birbaşa əlaqəsinin olduğuna dair heç bir məlumat yer almayıb.
Asif Nərimanlı
-
Rəsmi xronika10:06İlham Əliyev açılış mərasimdə iştirak edir - CANLI
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq















.jpg)




















