Nida Təhlil
Faşizm üzərində qələbədə Azərbaycanın həlledici rolu - FOTOLAR
II Dünya Müharibəsində faşizmə qarşı mübarizə əldə olunan qələbədə bir ölkənin – SSRİ-nin yox, Avropa ölkələrinin, hətta ABŞ-ın da əməyi vardı və bu gün təkcə bir ölkə - Rusiya yox, sovetlər birliyində Azərbaycan da daxil olmaqla yer alan respublikalar, o cümlədən, bu ölkələrin xalqları da bu qələbənin mirasına sahibdir.
Bu qələbədə Azərbaycanın rolu xüsusilə əhəmiyyətli idi, çünki xalqımız həm arxa, həm ön cəbhədə faşizmə qarşı mübarizədə həlledici rol oynayırdı.
Azərbaycan cəbhənin təminatını böyük ölçüdə üzərinə götürmüşdü. Bakı cəbhədə döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi və gecə-gündüz silah istehsal edilirdi. Cəbhənin yanacaqla təmin edilməsi işi də Bakıda həyata keçirilirdi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradıldı.

Müharibə illərində Azərbaycan neftçiləri 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları istehsal edib. Bakı nefti faşizm üzərində qələbənin əsas payçılarından idi, təsadüfi deyil ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi.
Azərbaycanlılar arxa cəbhə ilə yanaşı, ön cəbhədə də qəhrəmanlıqla döyüşürdülər. Müharibəyə gedən 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmadı. Qəhrəmanlıqlarına görə 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və digərləri faşizm üzərində Qələbədə tarix yazdılar.
Bakı II Dünya Müharibəsində faşistlərin əsas hədəfləri arasında idi. Hərbi kinoxronikalarda tarixi görüntülər də bunu təsdiq edir. Görüntülərdə Hitlerə hədiyyə edilən tortun üzərindəki çökəklikdə “Xəzər dənizi” yazılıb və həmin çökəkdə maye qara şokalad və “Bakı” adı var. Hitler qaşıqla şokaladı götürür və tortun üstünə tökür, sonra xaç şəklində şokoladı götürüb onu “Bakı” yazılan yerə sancır.

Bu, faşistlərin Azərbaycanın neft yataqlarını ələ keçirmək planının nümyişi idi. Əgər baş tutsaydı, II Dünya Müharibəsinin nəticələri də başqa cür olacaqdı, çünki Bakı faşizmə qarşı mübarizənin əsas arteriyası idi. Nasistlər istəklərinə nail ola bilmədi. Bu qələbə Azərbaycan xalqının qanı, canı, o cümlədən, böyük əməyi hesabına qazanıldı.
Asif Nərimanlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)


















