Ermənilər Azərbaycanın təbii sərvətinə görə Sarkisyana HÜCUM ÇƏKDİ - FOTO
Bizi izləyin

Nida Xəbər

Ermənilər Azərbaycanın təbii sərvətinə görə Sarkisyana HÜCUM ÇƏKDİ - FOTO

Ermənistan işğalında qalan Göyçə gölündə suyun səviyyəsi getdikcə aşağı düşür və gölün ətrafında bataqlıqlar yaranır.

Publika.az
xəbər verir ki, Ermənistan mediası Göyçə gölünün acınacaqlı vəziyyətə düşdüyünə dair məlumatlar yayıblar.

“SOS Sevan (Göyçə)” adlanan aksiya iştirakçıları parlament binası önündə hökumətin Göyçə gölünün suyunun digər ərazilərə axıdılması haqda layihəsinə etiraz ediblər.

Aksiyanın iştirakçısı ekoloq Levon Qalstyan deyib ki, bu layihə ciddi ekoloji qəzalara gətirib çıxaracaq: “Hökumət isə bunu anlamır, yaxud da anlamaq istəmir”.

Ermənistan hökumətinin bu il qəbul etdiyi layihəyə görə, Göyçə gölünün suyunun 100 milyon kubmetrdən artıq olan hissəsi əkin sahələrinin suvarılmasına sərf ediləcək.

Qalstyan deyir ki, Göyçədə suyun səviyyəsi illərdir qalxmır: “Bu gölün ətrafında istirahət obyektləri yaradan məmurlara sərf edir. Halbuki, sahil ərazilər suyun səviyyəsinin artması üçün hazırlanmalı idi. Lakin hökumət suyun səviyyəsinin artmaması üçün müəyyən bir hədd qəbul edib, halbuki, bunun heç bir elmi izahı yoxdur və ani verilmiş qərardır. Beləliklə, həm sahil boyu istirahət mərkəzləri zərər görməyəcək, həm də əkin sahələri suvarılacaq. Bu, getdikcə gölün qurumasına gətirib çıxaracaq. Artıq gölün ətrafındakı ərazilərdə bataqlıq yaranmağa başlayıb, gölün suyunun keyfiyyəti aşağı düşüb”.

Etirazçılar Göyçə gölünün erməni məmurlar tərəfindən tamamilə özəlləşdirildiyini qeyd ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, Ermənistan hakimiyyəti turistləri cəlb etmək üçün Göyçə gölündə 11 çimərlik zonası yaradıb. Ətraf mühitin mühafizəsi üzrə erməni fəallar buna da etiraz ediblər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm