Nida Xəbər
Ermənilərin TR-107 yalanını Müdafiə Nazirliyi təkzib etdi
Azərbaycan Müdafiə Nazirliyi Ermənistana cavab atəşinin endirilməsi barədə məlumata münasibət bildirib.
Publika.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti münaqişə zonasında bölmələrimiz tərəfindən Amerika istehsalı olan TR-107 yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə olunması barədə Ermənistanın Müdafiə Nazirliyinin yaydığı dezinformasiyanı təkzib edib.
"Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub”.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistanın Müdafiə Nazirliyi yalan məlumat yaymaqla çaşqın vəziyyətə düşüb. Belə ki, əslində TR-107 yaylım atəşli reaktiv sistemi (YARS) Amerikada deyil, Türkiyədə istehsal olunur. “Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri bu yaylım atəşli reaktiv sistemlərini tətbiq etməyib, yalnız düşmənin dinc əhalinin ölümünə səbəb olan təxribatının qarşısını alıb”.
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...
-
Köşə14:00Baş deşən üzükdən vəcdə gətirən tarix dərsinədək - Mənim məktəbim

















.jpg)
















.jpg)
