Nida Xəbər
Azərbaycan XİN rəhbəri Macarıstan rəsmiləri ilə görüşdü
Azərbaycan xarici işlər naziriElmar MəmmədyarovMacarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Assambleyasının sədr müavini Janos Latorcai və Xarici Əlaqələr Komitəsinin sədri Zsolt Nemetlə görüşüb.
XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub, Azərbaycan və macar xalqları arasında dostluğun dərin tarixi köklərə malik olduğu vurğulanıb.
Tərəflər ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını diqqətə çəkərək bu xüsusda Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana gözlənilən səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə ediblər. Həmçinin, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd olunub və bu məqsədlə parlamentlərarası dostluq qrupları arasında mütəmadi səfər mübadilələri və görüşlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Azərbaycan və Macarıstanın beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.
Görüşdə iki ölkə arasında nəqliyyat, enerji, turizm, təhsil, kənd-təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin vacibliyi qeyd olunub, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı istiqamətində Macarıstanın dost və tərəfdaş dövlət kimi göstərdiyi dəstəyi təqdir edilib.
Görüş əsnasında E. Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, onun ağır nəticələri və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətlərinə məlumat verib. Nazir Macarıstanın Azərbaycanın ədalətli və haqlı mövqeyini və münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi





































