Nida Xəbər
Azərbaycan Ordusu Xankəndinə girəcəkdi - Badalyan “Kazan düsturu”nun SİRRİNİ AÇDI
Ermənistanın xarici işlər nazirinin müavini Savarş
Koçaryan dünən jurnalistlərə açıqlamasında “Kazan planı”nın Dağlıq
Qarabağın danışıqlarda iştirakını nəzərdə tutduğunu açıqladı.
Söhbət 2010-cu ildə həmin vaxt Rusiya prezident olan Dmitri
Medvedevin təşəbbüsü ilə keçirilən Kazan görüşündən sonra gündəmə
gələn “Kazan düsturu”ndan gedir. Rusiyanın təklif etdiyi bu plana
görə, Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılır, daha sonra
Dağlıq Qarabağın müvəqqəti statusu həll olunur. Bölgəyə
sülhməramlılar yerləşdirildikdən sonra Qarabağın yekun statusu
müzakirəyə çıxarılır. S. Koçaryanın fikrincə, “Kazan düsturu”
Qarabağın danışıqlar prosesində iştirakını təmin edir, hərçənd, bu
təklifdə belə məqam yoxdur. Mümkündür ki, Sarkisyan dövründən qalan
Koçaryan postunu qorumaq üçün yeni baş nazir Paşinyanın “Qarabağın
danışıqlarda tərəf kimi iştirak etməsi” ideyasını davam etdirmək
üçün belə fikri önə sürüb.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi
Akop Badalyan Koçaryanın dediklərinin yanlış olduğunu yazıb.
Erməni şərhçi yazır: “Kazan planı”nın Ermənistan üçün təhlükəsi
haqqında analitiklər, ekspertlər zaman-zaman danışıb. Həm
hakimiyyət, həm də müxalifət bu planı pisləyib. Çünki “Kazan planı”
Azərbaycanın müharibə hüququnu tanıyır. 2016-cı ildə “aprel
müharibəsi”ndən sonra Serj Sarkisyan “Kazan planı”nın Ermənistan
üçün təhlükəsini tanıdı. Sarkisyan ərazilərin Azərbaycana
qaytarılması və Qarabağın müvəqqəti statusunu özündə ehtiva edən
planla razılaşmışdı. Lakin İlham Əliyev sənədi imzalamaqdan imtina
etdi. Həmin vaxt Bakının niyə imzadan imtina etməsi haqqında
suallar yaranmışdı, lakin sonrakı proseslər göstərdi ki, Azərbaycan
müharibə hüququndan istifadə etmək üçün sənədi imzalamayıb. Və
“aprel müharibəsi”ndə onlar bu hüquqdan istifadə edərək, ərazilərin
bir qismini qaytardı. Əgər “aprel müharibəsi”ndə Azərbaycan Ordusu
Xankəndinə qədər irəliləsəydi, Minsk qrupunun həmsədr ölkələri ona
heç bir etiraz edə bilməyəcəkdi. Lakin Rusiyanın vasitəçiliyi ilə
müharibə dayandı. İndi Koçaryan “Kazan planı”nın hansı
üstünlüklərindən danışır? Bu plan Azərbaycana müharibə hüququ verir
və “aprel müharibəsi” ilə Bakı bu hüququnu daha da
möhkəmləndirdi”.
Asif
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz








.jpg)

.jpg)
























