Nida Təhlil
Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
Milli Məclisdə son büdcə müzakirələri 2025-ci ilin gəlir və çıxarlarından daha çox, deputatların “etiraz damarı"nın gözlənilmədən tutması ilə müşahidə edildi. Doğrudur, parlament müzakirələrin aparıldığı, tənqid və təkliflərin verildiyi yerdir, Azərbaycan qanunverici orqanı da belə platformalardandır. Amma və lakin, illərdir səsi çıxmayan, seçicilərlə yalnız seçki vaxtı üz-üzə gələn, hətta mandatı “5 illik məzuniyyət” kimi görən bəzi deputatların U dönüşü təəcübləndirməyə bilməz. Və belə görünür ki, seçicilərini çoxdan unutmuş deputatlar (təbii ki, hamısı deyil) mövzuya o qədər yadlıq hiss edirlər ki, “seçici problemləri” deyə təqdim etdikləri məsələləri ya dəqiq, ya da heç bilmirlər, araşdırmaq isə ağıllarından keçməyib. Bəzi deputatların “problemlər” deyə təqdim etdiyi məsələləri üzündən oxuması da bu fikri ön plana çıxarır...
Buna rəğmən, deputatların qəribə U dönüşünü yenə xoş, ən azı maraqla qarşılamaq olardı, əgər dedikləri tamamilə həqiqət olsaydı... Müzakirələrdə “işsizlik, regionlarda infrastruktur məsələləri, Vətən müharibəsi iştirakçılarına diqqətsizlik və sair və ilaxır” kimi iddialar irəli sürülüb. Belə problemlərin olmadığını iddia etmək olmaz, heç nə mükəmməl deyil, təbii ki, iş görülən yerdə çatışmazlıqlar da olur bəzən. Amma iddialar çox şişirdilmiş və yersizdir.
Məsələn, Siyavuş Novruzov parlament tribunasından “dana davası” aparır. Təcrübəli deputat deyir ki, "xəstə heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür". Belə bir faktın olub-olmaması ayrı müzakirə mövzusudur, məsələ ondadır ki, qanun layihələrinin müzakirəyə çıxarılmalı olduğu kürsüdən “heyvan söhbəti” etmək və bunun üzərindən ölkədə həyata keçirilən sosial-iqtisadi siyasəti baltalamaq iki fikri önə çıxarır:
- ya bu deputatlar daşıdıqları mandata adekvat deyillər;
- ya da parlamentdəki “kütləvi etiraz şousu"nun arxasında hansısa oyun var;
Hər iki fikri gücləndirən ehtimallar kifayət qədərdir. Əgər qanunverici orqanda əyləşən biri son bir neçə ildə pensiyaların 2,5, müavinətlərin 3,5 dəfə artırıldığı, əlilliyə görə sosial ödənişlərin 2,5 milyard manata çatdığı, işsizliyin minumum həddə düşdüyü, həssas qruplar da daxil olmaqla, bütün vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində sosial strategiyanın tətbiq edildiyi və s. bu kimi faktları bilmirsə, Vətən müharibəsi iştirakçılarının, qazi və şəhid ailələrinin təminatı, qayğısı üçün dövlətin nəhəng layihələr həyata keçirdiyini görməzdən gəlirsə, yaxud doğru olub-olmadığı mübahisəli olan "heyvan" məsələsini bu qədər görülən işin fövqündə tutursa, onun seçildiyi posta adekvat olduğunu demək çətindir.
Siyavuş Novruzov Vətən müharibəsi qəhrəmanlarına qayğının artırılmasını tələb edir, son seçkilərdə parlamentə yenidən qayıdan Səyyad Aran isə “Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsi ayıbdan ayıbdır” ifadəsi ilə fikrini əyləşdiyi kürsüyə adekvat olmayan formada çatdırır.
Bu deputatlar həqiqətən də Vətən müharibəsi iştirakçılarını düşünürlərmi? Axı nə Novruzov, nə Aran, nə Razi Nurullayev, nə Arzuxan Əbilov, nə də illər sonra “dilə gələn” bəzi deputatlar indiyə qədər sosial problemlərlə, onların həll yollarıyla, yaxud müharibə iştirakçılarının problemləri ilə maraqlandığını görən və eşidən olmayıb. Onların bir çoxu heç “söz olsun” deyə danışmayıblar da. Hətta yuxulayıblar, yatıblar, hətta müzəffər Ali Baş Komandanın iştirak və çıxış etdiyi iclasda yatıblar! İndi “dilə gəlmələri” suallar yaradır və ikinci məqama – “kütləvi etiraz şousu”nun arxasında hansısa oyun(lar) var" fikrinə diqqət çəkir.
Nə baş verdiyini tam anlamaq mümkün olmasa da, bu məqam istisna edilməməlidir. Deputatların təəccüb doğuran çıxışları, heç danışmayanların belə dilə gəlməsi və xüsusilə “iradları" öncədən hazırlamış olmaları, "şparqalka" ilə iclasa gəlmiş olmaları, yazdıqlarını kağızdan - üzündən oxumaları bu ehtimalı gücləndirən amillərdəndir. Sanki kimsə, yaxud hansısa qüvvə, bu "çıxış"ları kağıza köçürərək deputatların əlinə verib. Niyə? Yəqin ki, araşdırmaq lazımdır...
Asif Nərimanlı
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO