Sosial
Bakıda söküntü başladı - İki yeni park salınacaq
"Bakı şəhəri ərazisində 300-dən çox park mövcuddur. Son 20 il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq Baki şəhərində parklarda əsaslı təmir işləri həyata keçirilib, həmçinin yeni ərazilərdə meşə tipli parklar salınıb".
Publika.az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat daxil olub.
Bildirilib ki, Bakı şəhərində son illər ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə 200-ə yaxın məhəllələrarası park yaradılıbdır ki, bu da sakinlərin yaşadıqları ərazidə asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradır:
"Hazırda paytaxt ərazisində "Mərkəzi Nəbatat parkı"nda, Xəzər rayonu Mərdəkan qəsəbəsində Dendroloji parkda əsaslı təmir-yenidənqurma işləri aparılır. İşlərin qısa bir zamanda başa çatması nəzərdə tutulub.

Bakıda Yasamal rayonunda böyük əraziyə malik Meşə parkı, Mərkəzi park, Səbail rayonunda "Çəmbərəkənd" parkı, Xətai rayonunda "Gənclik", "Sevirəm" parkları salınıb. Yeni salınan və əsaslı təmir edilən parklarda yaşıllıq sahələrinin daha da artırılmasına diqqət yetirilir.
Xətai rayonunda yerləşən "Sevirəm" parkının genişləndirilməsi ilə bağlı işlər görülüb. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililər sökülüb. Bu ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyata keçirilib.
Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülüb. Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində, keçmiş antenna sahəsinin ərazisində yeni park salınır. Burada da mövcud yaşayış və qeyri yaşayış tikililəri sökülüb, abadlıq-quruculuq işləri görülür.

28 May, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin əhatəsində yeni park salınır. Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma işləri sona çatıb və ərazi sakinlərin istifadəsinə verilib.
Bundan başqa, Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağı da əsaslı təmir olunub. Bağın mövcud ərazisi genişləndirilib, istirahət guşəsinin ətrafındakı Rəsul Rza, Qoqol və Xaqani küçələrində avtomobil yolları ləğv edilərək piyadaların istifadəsinə verilib. Ümumi ərazisi 1,4 hektar olan bağın ərazisində yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb və ətrafda olan yaşayış binalarında təmir-bərpa işləri aparılıb.
Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə abadlıq və yenidənqurma işləri aparılıb, yeni park salınıb.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?







.jpg)

.png)
.png)
.jpg)



.jpg)




.jpg)


















