Nida Xəbər
"Ermənistanda növbədənkənar seçkilər keçirilsə..." - Politoloq
“Respublikaçılar konstitusiyaya dəyişikliklər etmək qərarına gəlib. Ermənistanın hazırkı konstitusiyasına əsasən, baş nazir istefa verdiyi təqdirdə parlament yeddi gün ərzində namizədlərdən birini seçməlidir. Əgər namizəd seçilməzsə, parlament istefaya getməlidir. May ayında Paşinyanın baş nazir seçilməsinin əsas səbəbi də məhz bu idi. Respublikaçılar parlamentdəki nüfuzlarını qorumaq üçün məcbur qalıb onun namizədliyini təsdiq etdilər”.
Bu sözləri Publika.az-a politoloq Nəzakət Məmmədova Ermənistandakı hazırkı vəziyyətlə bağlı açıqlama verərkən deyib. O bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri ilə əlaqədar Paşinyan və tərəfdarları ilə Respublikaçılar və onların qolları hesab edilən Daşnaksütyun partiyası eləcə də Çiçəklənən Ermənistan partiyaları arasında soyuq müharibə davam edir:
“Müharibənin əsas məqsədi isə 2019-cu ilin mayına planlaşdırılan növbədənkənar seçkilərin bu ilin dekabr ayına keçirilməsi cəhdidir. Bu növbədənkənar parlament seçki istəyi parlamentdə söz sahibi olan respublikaçıların narazılığına səbəb olacaq. Respublikaçılar təbii olaraq narahatdır, çünki 5 ay ərzində Paşinyan öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün erməni xalqı dəyişiklik istəyir. Daxili mübarizələrdən yorulan xalqa istədiklərini təbii ki, nüfuzunu qorumaq üçün Paşinyan vəd edir. Xalqın seçkilərdə Paşinyana səs verməsi gözləniləndir. Bəlkə səs çoxluğu ilə irəlidə olacağı qaçılmazdır. Bu yaxınlarda İrəvan mediasının yaydığı xəbərdə Paşinyanın “Mənim addımım” hərəkatı 80 faizə yaxın səs qazanıb. Bu, Paşinyanın reytinqini göstərir. Amma təbii ki, bu sadəcə gözdən pərdə asmaq üçündür. Paşinyan seçkini qış fəsli gəlməmiş həll etməyə çalışır ki, xalqın ağır vəziyyəti düşüncələrinə təsir etməsin. Xalqın narazılığı aratcaq. Digər tərəfdən beynəlxalq təzyiqlər, Rusiya və ABŞ tərəfindən təzyiqlər var. Donald Tramp BMT-nin tədbirində açıq şəkildə Paşinyanla görüşməkdən imtina etdiyini deyib. Xarici siyasətdə çox səhvlərə yol verməsi onun üçün yaxşı nəticələr vəd etmir. Ümumilikdə Paşinyan elə də böyük mahiyyətli işlərə imza atmayıb. Sadəcə, xalqı tərəfinə çəkməyi bacarıb. Buna qarşılıq olaraq isə respublikaçılar növbədənkənar parlament seçkilərinin keçirilməsinin vaxtını mümkün qədər uzadaraq Paşinyanın əsl üzünü xalqa göstərmək istəyirlər. Konstitusiya ötən dəfə Respublikaçıları çətin vəziyyətdə saxladığı üçün Respublikaçılar bu gün konstitusiya qanunlarına dəyişiklik etmək istəyirlər. Müxalifətin əlində olan parlamentin növbəti addımı seçkilərdə bəlli olacaq. Rusiya Paşinyanı dəstəkləməkdə maraqlıdı, yəqin ki, onlar düşünürlər ki, xalq Paşinyanı yenə dəstəkləyəcək. Rusiya dekabrda seçkilər baş tutarsa, Paşinyan yenidən baş nazir seçilə biləcəyinə inanır”.
Könül Cəfərli
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC



































