Nida Xəbər
"Azərbaycanın rayon səviyyəsindəki tədbiri Ermənistanda dövlət səviyyəsində bayramdı" - Politoloq
“Ermənistanın yoxsulluq şəraitində yaşaması imkan vermir ki, genişmiqyaslı və beynəlxalq əhəmiyyətli tədbirlər keçirsin. Burada qonaqların təhlükəsizliyinə heç bir zəmanət yoxdur”
Bu sözləri Publika.az-a politoloq Nəzakət Məmmədova deyib.
Onun sözlərinə görə, Ermənistan başından böyük işlərə cəhd edir:
“İstərdim bu məqamı Azərbaycanla müqayisə edim. Belə ki, Azərbaycanın ən ucqar rayonlarında keçirilən yüksək səviyyəli tədbirlər Ermənistan üçün dövlət səviyyəsində tədbir hesab olunur. Məsələn, Azərbaycanda "Nar" festivalı keçirilir və ya hər hansı rayon səviyyəsində keçirilən özünəməxsus maddi-mənəvi dəyərlərə həsr olunmuş tədbiri düşünün. Bax, bu tədbir Ermənistan üçün dövlət səviyyəsində keçirilən tədbir hesab edilir. Bilirik ki, Ermənistanda şərabçılıq inkişaf edir. Onlar şərab festivalı keçirir və bunu genişmiqyaslı beynəlxalq tədbir kimi qələmə verməyə çalışır. Azərbaycanda isə beynəlxalq səviyyədə keçirilən tədbirlər, yarışlar o zaman keçirilir ki, burada tanınan nüfuzlu təşkilatlar olsun. Məsələn, İslam Həmrəylik Oyunları, “Formula”, “Avropa Oyunları” , Qəbələdə "Beynəlxalq Musiqi" festivalı, Şəkidə “Beynəlxalq İpək Yolu" Festivalı və s. Bu cür mötəbər tədbirlərdə isə ölkəmizin vitse-prezidenti, birinci xanımı Mehriban Əliyeva özü iştirak edir. Bütün dünya mediası, gələn xarici qonaqlar da bu tədbirlərin nə dərəcədə yüksək səviyyədə keçirildiyini özləri deyir. Ermənistanda dövlət büdcəsi o qədər boşdur ki, bu tədbirlərin yarısını belə etməyə maddi imkan yoxdur. 11-12 oktyabr tarixlərində Ermənistanda Frankafoniya sammitinin keçiriləcəyi deyilir. Bu nə dərəcədə real görünür? Bu tədbirin təşkili Ermənistan XİN səviyyəsində aparılır. Güman edirəm ki, təşkilat üçün maddi dəstəyi məhz Fransanın Erməni diasporası həyata keçirir. Ermənilər başqasının maliyyə hesabına, dilənərək, ianə alaraq gerçəkləşdirdiyi “tədbirləri” şişirdərək Ermənistanı olmadığı kimi təqdim etməyə çalışır. Ermənistandan fərqli olaraq Azərbaycan bu cür tədbirləri gerçəkləşdirmək üçün diasporlardan maddi dəstək almır, bunu dövlət özü öz büdcəsi hesabına və qat-qat yüksək səviyyədə həyata keçirir. Fərq bundadır. Ermənistanda bu gün siyasi vəziyyət o qədər qarışıqdır ki, orada tədbir keçirmək gülməlidir. Mən düşünürəm ki, o tədbirdə iştirak etmək üçün gedəcək qonaqların təhlükəsizliyi təmin edilməyib və edilməyəcək. Bu, birmənalı olaraq riskdir. Ermənistan hər zaman olduğu kimi bu dəfə də kiçik düşünür və böyük nəticələr gözləyir. Amma təəssüf ki, bu dəfə də gülüş hədəfi olmaqdan başqa nailiyyətləri olmayacaq”.
Könül Cəfərli
-
Cənubi Qafqaz16:42Ermənistanda kütləvi həbs: Rusiyaya bağlı siyasətçilər sıradan çıxarılır
-
Dünya15:50Yerin 15 kilometr dərinliyində aşkar edildi: İllərlə gizli qalıb
-
Yaxın Şərq15:43İran ABŞ-ın İsfahan planını ifşa etdi: Bütün gəmilərinizi batırarıq
-
Rəsmi xronika15:18İlham Əliyev sərəncam imzaladı
-
Dünya14:58Türkiyə müharibəyə hazırlaşır: Orduya görün hansı tapşırıq verildi
-
İdman14:28Ulduz futbolçu kubokları bu gözəllə birlikdə qazanır - FOTOLAR
-
Magazin114:15Toya 700 qonaq çağırıb: Gəlininə nə hədiyyə edəcək?
-
İqtisadi gündəm13:16Qiymət artımını necə dayandırmaq olar? - Deputat açıqladı


















.jpg)

















