Nida Xəbər
“Bu, alışdığımız ikili standartın daha bir təzahürüdür” - ŞƏRH
Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Ermənistanda sammit keçirməsi təəccüblü bir hadisədir. Ermənistan fransız dilinin populyar olmadığı bir ölkədir.
Publika.az-a açıqlamasında bu fikirləri siyasi şərhçi Azər Həsrət oktyabrın 11-12-də Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Ermənistanda sammit keçirməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, burada Fransanın birbaşa dəstəyini görmək mümkündür:
“Bu dəstək açıq şəkildə özünü göstərir. Bu, əslində birbaşa olaraq işğalçıya və separatçıya dəstək anlamı daşıyır. Çünki orada iştirak etmiş bəzi ölkələrin deputatların bir qismi Yerevandan Dağlıq Qarabağa səfər edib. Bilə-bilə ki, bura Azərbaycan torpağıdır, Azərbaycan dövlətindən icazə almadan onun ərazisinə səfər etmək olmaz, amma həmin insanlar Dağlıq Qarabağı ziyarət ediblər. Bu, ondan xəbər verir ki, burada Ermənistanın işğalçılıq siyasətinə açıq şəkildə dəstək verən ölkələr var. Təəssüflə qeyd etmək lazımdır ki, həmin ölkələr arasında ATƏT-in Minsk qrupu olan Fransa da təmsil olunur. Bu, artıq bizim gördüyümüz və alışdığımız ikili standartın daha bir təzahürüdür”.
Təşkilatın baş katibi Mişel Janın sammitin keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barəsində rəsmi twitter hesabından verdiyi açıqlamanı xatırladan siyasi şərhçi qeyd edib ki, təşkilat dünya ictimai rəyində o qədər də nəzərə çarpmır:
“Mən bunu beynəlxalq ictimai rəyi izləyən bir şəxs kimi deyirəm. Bir çox tədbirlərdə oluruq, təmaslarımız olur, ayrı-ayrı ölkələri gəzirik. Bu təşkilatın haradasa ciddi bir şəkildə qarşımıza çıxdığını görməmişik. Sadəcə olaraq vaxtaşırı toplaşırlar və dağılışırlar. Və birdən-birə məhz Ermənistanda toplaşmaları başqa şeylərdən xəbər verir. Görünür, Ermənistana dəstək vermək üçün başqa üsul və vasitələr tapa bilmədilər, fransızdillilərin tədbirini keçirməklə bu dəstəyi nümayiş etdirmək istəyirlər. Amma əslində bu dəstək praktik olan deyil, çünki həmin ölkələrin Ermənistana dəstəyinin praktik olacağını düşünmək olmaz. Həmin ölkələrin dünya siyasətində ciddi rolu yoxdur. Bu məsələdə ciddi təəssüf doğuran dövlətlər Fransa və Kanadadır. Digərləri ilə ilə narahatlıq yaradacaq bir durum yoxdur”.
Ömər
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan









.jpg)

























.jpg)