Nida Xəbər
Ermənistanda Rus Dram Teatrının bağlanması tələbləri göstərir ki... - Trofimçuk
Bir müddət əvvəl Ermənistan mətbuatında Yerevandakı Rus Dram Teatrının bağlanması barədə yayılmış absurd məlumatlar aydın şəkildə göstərir ki, ölkədə anti-Rusiya ab-havası daha da dərinləşib.
Publika.az xəbər verir ki, bu məsələ barədə Trend-ə danışan rusiyalı ekspert, Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin birinci vitse-prezidenti Qriqori Trofimçuk bildirib ki, Ermənistanda anti-Rusiya tendensiyaları güclənir və bu faktı qəbul etmək lazımdır.
Ekspertin sözlərinə görə, bu cür tendensiyalar Ermənistanda cari ilin yazında baş vermiş hadisələrin birbaşa nəticəsidir:
“Artıq aprel ayında sosial şəbəkələrdə erməni fəallar Rusiya təşkilatları ilə əməkdaşlıq edən həmvətənlərinə açıq-aşkar hədə-qorxu gəlməyə başladılar. Həm də onlar bunun üçün çox sadə əsaslardan istifadə edir: Sarkisyan dövrünün məmurları, korrupsionerlər birbaşa Moskva ilə və “Rusiya yönümlü” KTMT ilə əlaqəlidir və bu qurum Ermənistanı müdafiə etmir”.
Q.Trofimçuk xatırladıb ki, bununla əlaqədar müşahidəçilər postsovet məkanındakı bütün çevrilişlərin yekunda yerli millətçiliyə və Rusiya mədəniyyəti, rus dili ilə mübarizəyə çevrildiyini qeyd edirlər:
“Ermənistan da hələlik bu istiqamətdə hərəkət edir. Rus Dram Teatrı ilə bağlı yayılan xəbərlər bu prosesi təsdiq edir. Mən deyərdim ki, teatr bu vəziyyətdə həqiqətən də dramatikləşir. Bu gün Ermənistanda Rus Teatrının bağlanması tələbləri və tələbin teatrın bədii rəhbəri vəzifəsinə namizədlərdən biri tərəfindən səsləndirilməsi heç də boş yerə yaranmayıb”.
Politoloqun fikrincə, Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşdikcə bu proses davam edəcək:
“Rus Dram Teatrı mədəni deyil, avtomatik olaraq siyasi simvola çevriləcək. Teatr üçün iqtisadi, maliyyə problemləri də var ki, hələ həll olunmayıb və bu da öz işini siyasətdən daha tez görə bilər”.
Bununla yanaşı, ekspertin sözlərinə görə, hazırda Bakıda Rus Dram Teatrı Azərbaycandakı digər rus təhsil və mədəniyyət müəssisələri ilə kimi uğurla fəaliyyət göstərir.
-
Magazin120:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər











.jpg)




.jpg)












.jpg)




