Nida Xəbər
Gürcüstandan erməni qatilə qoyulan heykəllə bağlı AÇIQLAMA
Qarabağ müharibəsində iştirak etmiş Mixail Avaqyana büstün qoyulması ilə bağlı məsələ Gürcüstan və Azərbaycan arasında müzakirə olunub.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, iki ölkə arasında müzakirə olunmayan mövzu yoxdur və qeyd olunan məsələ ilə bağlı səfirlər vasitəsilə informasiya mübadiləsi həyata keçirilib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və ölkələr arasında müzakirə olunmayan mövzu mövcud deyil. Bu, normal ünsiyyət formasıdır və bu mövzu ətrafında ajiotaj gərəksizdir”.
Xatırladaq ki, bu ilin yanvarın 20-də Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Bununla bağlı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan XİN-də görüş keçirərək büstün açılmasına etirazını bildirib. Eyni zamanda, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Azərbaycan XİN-ə dəvət edilərək, iki ölkə arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. (report)
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?












.jpg)






.jpg)

















