Nida Xəbər
Görünür, bu, erməniləri müəyyən dərəcədə ruhlandırdı - ŞƏRH
Gürcüstanın Cavaxetiya bölgəsində erməni terrorçusu Mixail Avaqyana abidə qoyulması Azərbaycanın maraqlarına, Azərbaycan xalqına bir zərbədir.
Bu sözləri politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov Publika.az-a açıqlamasında Gürcüstanda Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana abidə qoymasını şərh edərkən deyib.
Gürcüstan-Azərbaycan münasibətlərinin həm tarix, həm də müasir vəziyyət baxımından kifayət qədər yaxın olduğunu deyən politoloq qeyd edib ki, bütün bunların fonunda Gürcüstandan belə bir hərəkət Azərbaycana bir təhqirdir.
“Gürcüstanın Ermənistanla yaxın olmaq istəyi başadüşüləndir, respublikalar arasında müəyyən münasibətlər ola bilər, biz bunun əleyhinə deyilik. Amma onların ərazisində Azərbaycana qarşı vuruşan, Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı olan erməniyə heykəlin qoyulması heç bir normal etik qaydaya sığmır. Bilmirəm, bu Gürcüstan hökumətinin səhlənkarlığıdır, ya bir təsadüfdür, hər halda, istəməzdim ki, bunun Gürcüstan hökumətinin birbaşa göstərişi olduğunu deyim”, - o bildirib.
Politoloq qeyd edib ki, Gürcüstan Prezidenti Salome Zurabişvili seçki kampaniyasını aparanda “Saakaşvili bir çox türk üçün vətəndaşlıq versə də, siz ermənilər üçün bunu etmədi, bu məsələni öz üzərinə götürürəm” söyləmişdi:
“Görünür, bu, erməniləri müəyyən dərəcədə ruhlandırdı. Amma Gürcüstan başa düşməlidi ki, bu gün Qarabağ olduğu kimi, sabah Cavaxetiya və Axalkalaki bölgələri zərbə altına düşəcək. Ermənistan bu istiqamətdə hərəkətlərə çoxdan başlayıblar, gürcülər bunu yaddan çıxarmalıdırlar. Gürcüstan həm dini, həm də qonşuluq və coğrafi mövqe baxımından Ermənistanla yaxınlıq etmək istəsə də, ermənilər gürcü torpaqlarına iddia irəli sürürlər. Ermənilərin bu iddialarının qarşısını kəsmək lazımdır. Mixail Avaqyan kimi bir terrorçunun abidəsinin qoyulması ermənilərdə separatçı ruhu artırmaqla yanaşı, Azərbaycana qarşı zərbədir”.
Müsahibimiz bildirib ki, Gürcüstan rəhbərliyi Azərbaycanın maraqlarını və Azərbaycanla münasibətləri nəzərə alaraq abidə məsələsinə yenidən baxmalıdır.
Ömər
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO



















.jpg)

















