Nida Xəbər
XİN-dən Paşinyana sərt cavab: Ermənistan heç vaxt...
Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla
Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa
Parlamentindəki çıxışını şərh edib.
Publika.az-a açıqlamasında L.Abdullayeva Paşinyana sual
ünvanlayıb.
“Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini
orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı
təmsil etmədiyini iddia edən Ermənistan baş nazirinə belə bir sual
ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı
olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycan
Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən
bu gənc insanlar öz həyatlarını itirməli olurlar? Ermənistan baş
nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq
ictimaiyyəti, eyni zamanda Ermənistanda, Azərbaycanın Dağlıq
Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan
başqa bir şey deyildir. Bölgənin “yeni şəkildə dialoq, sülh
şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var”
fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını
səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə
yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı
qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu
ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir”, - deyə
XİN sözçüsü bildirib.
L.Abdulleyav qeyd edib ki, Ermənistan rəhbərliyi anlamalıdır ki,
Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt
tam müstəqil olmayacaqdır: “Demokratik yolla seçildiyini bəyan edən
Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı
davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik
təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı
sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəm,
onu Ermənistan rəhbərliyindən eşitmək istərdim”.
Asif
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı











.jpg)
























.jpg)

.jpg)