Nida Xəbər
İrəvana SUAL - Xalqı sülhə hazırlayaq, ya müharibəyə?
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik.
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, münaqişə erməni xalqına əziyyətdən başqa bir şey verməyib:
“Biz hər dəfə qarşı tərəflə görüşdə Madrid prinsipi çərçivəsində münaqişənin həllində hansısa irəliləyişə nail olmaq istəyirik. Biz hər zaman erməni və Azərbaycan xalqını sülhə hazırlamaq üçün iş qururuq. Almaniya QHT-sinin hazırladığı reportajda münaqişə həll olunandan sonra birinci ildən iqtisadi inkişafa nail olacağımız qeyd olunub”.
Nazir qeyd edib ki, Ermənistan rəhbərliyinin əsassız bəyanatları ilə də bağlı müzakirə aparıb:
“Ermənistan tərəfinin, eləcə də baş nazirin son çıxışları pozitiv danışmağa imkan vermir. Ona görə də biz özümüz təhlil edək ki, danışıqlarda hansı istiqamətdəyik. Layçakdan da xahiş etdim, Ermənistanda öyrənsin ki, biz xalqı sülhə hazırlayaq, ya müharibəyə?”
ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak bildirib ki, münaqişənin həlli üçün var gücü ilə çalışacaq:
“Səfərim ATƏT sədrliyinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar və Minsk qrupuna dəstək olması mesajını verir. Münaqişənin həlli çərçivəsində görüşlər davam etdirilir. Bu, sərhəd bölgəsində atəşkəsin daha az pozulması ilə nəticələnib.
Bundan başqa, biz Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf üçün də müzakirələr apardıq. Biz Bakıda səfirlik açacağıq və bu da ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirəcək”.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı











.jpg)
























.jpg)

.jpg)