Nida Xəbər
Rusiyadan Qarabağda qorxunc müharibə XƏBƏRDARLIĞI: Yüzminlərlə insan məhv olacaq və...
Ermənistanda daxili qarşıdurma getdikcə kəskinləşir. Bu
kontekstdə Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyovun
canlı efirdə səsləndirdiyi fikirlər diqqət çəkdi. Sovolyov qeyd
etdi ki, Ermənistanda mövcud olan ziddiyyətlər erməni cəmiyyətinin
parçalanmasına gətirib çıxaracaq: “Bu parçalanma Qarabağ üzərində
nəzarətin itirilməsi ilə nəticələnəcək. Bu, qorxunc faciə olacaq,
minlər, bəlkə də yüzminlərlə insan məhv olacaq. Qarabağda nəzarəti
itirən Ermənistan özü də yox olacaq”.
Publika.az xəbər verir ki, rusiyalı ekspert Nikita İsayev
bu fikirləri şərh edib.
İsayev hesab etmir ki, hazırda erməni cəmiyyəti parçalanıb. Lakin
onun fikrincə, Ermənistanda yeni elitaların formalaşması və
mübarizəsi gedir.
“Birincisi, Ermənistan cəmiyyətində müxtəlif siyasi qruplar müəyyən
səlahiyyətlərə sahib olmaq uğrunda mübarizə aparırlar. Mübarizənin
əsas tərəfi iqtiadiyyatın müxtəlif sektorlarına nəzarət
uğrundadır.
İkincisi, Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi erməni
cəmiyyətində narahatlıq yaradıb, xüsusilə Robert Koçaryana 2008-ci
il 1 mart hadisələrinə görə cinayət işinin açılması bu narahatlığı
artırıb.
Üçüncüsü, erməni cəmiyyəti anlamağa çalışır ki, ölkənin iqtisadi və
siyasi təhlükəsizliyinə hansı güc zamin olacaq: Rusiya, ABŞ, Çin,
Avropa Birliyi ölkələri - Almaniya və ya Fransa? Nikol Paşinyanın
hazırda həyata keçirdiyi “qayıq diplomatiyası” belə sualların
yaranmasına səbəb olur. Bu proseslər fonunda Qarabağda hərbi
eskalasiyanı istisna etmirəm, lakin bu, Rusiyanın zəiflədilməsi
üçün onun sərhədlərinə yaxın ərazilərdə müharibələrin başladılması
planının bir parçası ola bilər”, - deyə İsayev vurğulayıb.
Rusiyalı ekspert Moskvanın İrəvanda siyasi gücünü möhkəmləndirmək
üçün təzyiq rıçaqlarından istifadə edəcəyini hesab edir. Onun
sözlərinə görə, Moskva və İrəvan arasında əsas problem konkret
dialoqun yoxluğudur, buna görə də Ermənistan Qərbə doğru üz
tutur.
Asif
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı











.jpg)
























.jpg)

.jpg)