Nida Xəbər
"Bütün bunlar qloballaşmanın bir hissəsidir"
“Bu gün Brazliyada oturan biri başqa bir ölkə
bloggerinin çəkdiyi videolara baxır. Oğlum afrikalı bloggerin
youtube-dəki video materiallarında ingilis dilini öyrənir. Bütün
bunlar qloballaşmanın bir hissəsidir”.
Publika.az xəbər verir ki, bu sözləri VII Qlobal
Bakı Forumunda çıxışı zamanı Bolqarıstanın keçmiş prezidenti
(2012-2017) Rosen Plevneliev “Qloballaşmanın sonudurmu?” panelində
çıxışı zamanı deyib.
R.Plevneliev bildirib ki, qloballaşma iqtisadi, mədəni, səneye
nöqteyi nəzərdən yeni məhsullar ortaya çıxarır.
“Amerika prezidenti qloballaşmaya qarşı olduğunu deyə bilər, lakin
"apple" və "google"a qarşı çıxmaq mümkün deyil. İstər məhsullar,
istərsə də digər sahələrdə qloballaşma qaçılmazdır. Qloballaşma
nəticəsində Çin yoxsulluqdan uzaqlaşdı, bu gün sərbəst ticarəti
dəstəkləyirlər. Bu trend davam edəcək. Siyasətçilər sadəcə öz
kameraları üçün qloballaşmanın sona çatdığını deyirlər. Düşünürəm
ki, gec-tez siyasi liderlər bir masa arxasında dünya üçün düzgün
qərar verəcəklər”.
Avropa Birliyinin Siyasət komissiyasının prezidenti, italiyalı
senator Ettore Liçeri bildirib ki, qloballaşma yeni hüquqi
müstəviləri gündəmə gətirir:
“Qloballaşmanın bir hissəsi olan informasiya texnologiyaları
qarşımıza yeni imkanlar yaradır. Bununla yanaşı qloballaşma
problemlər də yaradır. Hesab edirəm ki, ətraf mühitə vurduğumuz
ziyanın qarşısını almalıyıq. Yalnız yeni körpülərin salınması bizi
düzgün yola çıxara bilər. Dünya bir gəmidir və orada müxtəlif
ölkələrdən nümayəndələr var, hər bir millət üçün güclərin
birləşdirilməsi lazımdır”.
Ekvadorun keçmiş prezidenti (1997) Rosalia Serrano bildirib ki,
qloballaşmanın bədəlini ödəməyə hazır olmaq lazımdır. Həm
sərhədlər, həm də viza məsələlərində bunu nəzərə almalıyıq.
“Qlobalizasiya dünya ölkələrini bir-birinə yaxınlaşdırıb,
cəmiyyətlər, bəzən ölkə daxilində bölünmələr müşahidə edilir. Ərəb
dünyası dünya əhalisinin 6 faizini təşkil edir, lakin dünyada
qaçqınların 55 faizi ərəb ölkələrinin payına düşür. Bu məsələ
üzərində ciddi düşünməliyik, əks halda bu daha ciddi problemlər
yaradacaq. Varlı və kasıb ölkələr arasında fərq getdikcə artır,
hətta ölkələrdə ildən-ilə yoxsulların sayı artır. Qloballaşma ilə
mübarizə aparmaq üçün məsələni yeni formada həllinə çalışmalıyıq.
Qloballaşma iki tərəfli silahdır, düzgün istifadə edilsə xeyir
görərik, lakin neqativ formada istifadəsi problemlər yarada
bilər”.
Gülxar
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi