Nida Xəbər
Şəhid zabitin həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi
“Mənzilimizin “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında əlimizdən alınması və bu məsələnin həllinə yardım göstərilməsi ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etməmişdim. Mehriban Əliyeva özü bu barədə məlumatı mətbuatdan oxuyub və operativ olaraq problemimizin həlli üçün göstəriş verib. Mehriban xanıma minnətdarıq”.
Bunu Trend-ə Ali Məhkəmənin qərarı ilə mənzili əlindən alınan, 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova deyib.
Onun sözlərinə görə, ötən gün Ali Məhkəmə İ.Axundovun iddiası əsasında şəhid zabit S.Axundovun ailəsinin Bakının Yasamal rayonunda yerləşən 50 kvadratmetrlik mənzilinin əlindən alınması haqqında qərar çıxarıb.
Şəhid ailəsi olaraq daim dövlətin qayğısını hiss etdiklərini deyən N.Axundova haqq-ədalətin qalib gələcəyinə hər zaman inandığını bildirib.
O, Mehriban Əliyevanın göstərişi ilə Bakının Nərimanov rayonunda 3 otaqlı mənzillə təmin olunduqlarını deyib.
Qeyd edək ki, Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarıb.
Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi problemin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ










.jpg)




.jpg)





















