Nida Xəbər
Bakının Qarabağ danışıqlarında ƏSAS HƏDƏFİ... - Rusiya ekspertindən SENSASİON AÇIQLAMA
ATƏT Minsk Qrupu tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatına reaksiyanın olmaması danışıqlar prosesinə mənfi təsir göstərə bilər.
Publika.az xəbər verir ki, bunu Azərnyus-a müsahibəsində rusiyalı ekspert Qriqori Trofimçuk N.Paşinyanın danışıqların formatının dəyişdirilməsi təklifini şərh edərkən deyib.
O bildirib ki, bu, sadəcə həll yolunun uzadılması deyil:
“Faktiki olaraq bu, danışıqların formatının dəyişdirilməsi cəhdidir. İlk növbədə buna ATƏT Minsk qrupunun həmsədrləri diqqət verməlidir. Qəribədir ki, onlar sanki Ermənistan baş nazirinin bəyanatlarını qulaqardına vurmağa çalışırlar. Bu, pis nəticələnə bilər, çünki Azərbaycan elə düşünə bilər ki, onu bilərəkdən kəskin addım atmağa sürükləyirlər. Xatırladım ki, Paşinyanın əsas açıqlamalarından biri belə idi: sülhü ərazilərə dəyişmirik. Ona görə, sual yaranır: bəs o zaman 1994-cü ildən başlayaraq bu prosesdə iştirak edən insanlar nəyi müzakirə edirdi? Ərazilər əvəzinə sülhə çalışmırdılarmı?”
Q.Trofimçuk qeyd edib ki, Qarabağ prosesinin mülahizəsində N.Paşinyan kabineti ilə S.Sarkisyan administrasiyası arasında prinsipial fərqlər mövcuddur:
“Sarkisyana danışıqlar masasında sakit oturmaq kifayət edirdi. Paşinyana isə bu, kifayət etmir və Qarabağ məsələsi onun üşün əsas məsələlərdən biridir”.
Ekpsert həmçinin Rusiya xarici işlər nazirinin iştirakı ilə baş tutmuş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə də toxunub. O bildirib ki, Rusiya heç vaxt Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarda qalmayıb:
“Ona görə Vyana sammitinin ardınca nazirlərin Moskva görüşü keçirildi ki, Rusiya, Azərbaycan və Ermənistan yüksək səviyyəli görüşünə hazırlıq işləri başlasın. Bununla belə, Moskva özünü Vyana tədbirindən ayırmır və bəyan edir ki, əvvəllər keçirilmiş müzakirələri nəzər almaqla hərəkət edir. Əsas mübahisə mövzusu isə əvvəlki kimi eynidir: Azərbaycan yeni uzun, səmərəsiz danışıqlar prosesinə cəlb olunmaq istəmir və tam aydın başa düşmək istəyir ki, əraziləri ona nə zaman qaytarmağa başlayacaqlar”.
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması















.webp)
















.jpg)
.jpg)


