Nida Xəbər
Daha çox britaniyalı azarkeşin Bakıya gələcəyini gözləyirik - Səfir
Arsenal” və “Çelsi” komandalarını UEFA Avropa Liqasının mayın 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. Hər iki komanda əvvəllər Bakıda oyun keçirsələr də, bir-birinə qarşı oynamayıb. Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcək və mən bu oyunun yaddaqalan bir hadisə olacağından əminəm.
Publika.az xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts feysbuk sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada mehribanlıqla qarşılanacaqlarına inanıram.
Bu həftə Böyük Britaniya polisindən, o cümlədən “Arsenal” və “Çelsi” komandalarından olan nümayəndələr Bakıya gələcəklər. Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzu edirəm”, - deyə səfir qeyd edib.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi












.webp)





















.jpg)
.jpg)


