Nida Xəbər
Azərbaycan bunu edən ilk ölkə oldu - Səfir
Azərbaycanla Avropa İttifaqı arasındakı yeni sazişlə bağlı danışıqları Avropa Komissiyasının hazırkı heyəti ilə başa çatdırmaq yaxşı olardı.
“Report” “Euractive”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Avropa İttifaqındakı səfiri Fuad İsgəndərov bildirib.
“İkitərəfli münasibətlərimiz güclənir. Trans-Adriatik qaz kəmərilə bağlı işlər yekunlaşır, bu kəmərlə ilk qazın 2020-ci ilədək Avropaya nəql olunacağına ümidvarıq. Azərbaycanın ümumi yanaşması belədir ki, siyasi dialoqu gücləndirmək, ikitərəfli razılığa nail olmaq üçün əvvəlcə möhkəm iqtisadi bünövrə yaradılır”, - deyə diplomat qeyd edib.
Aİ ilə yeni sazişin imzalanma tarixi barədə suala cavab verən səfir bunları deyib: “Elə əvvəldən hər hansı vaxt məhdudiyyətimiz olmayıb. Danışıqların məqsədi bu deyildi. Azərbaycan tərəfi üçün əsas məsələ Aİ-dəki dostlarımızla qarşılıqlı faydalı, əhatəli, strateji təmayüllü saziş imzalamaqdan ibarətdir. Beləliklə, Azərbaycan Aİ ilə ikitərəfli sazişin öz variantını ortaya qoyan ilk ölkə oldu. Danışıqlar başlayanda Avropa tərəfli xeyli sayda dəyişikliklər etmişdi, yəni təkcə bizim yox, Avropanın də təklifi üzərində iş gedirdi. Aİ tərəfi danışıqları Komissiyanın münasibətlərimizdə xeyli irəliləyişə nail olduğumuz hazırkı heyətinin səlahiyyət dövründə başa çatdırmağı təklif etdi. Danışıqları Avropa Komissiyasının hazırkı heyətilə başa çatdırmaq yaxşı olardı, lakin biz buna çox aludə olmuruq”.
Səfir sənədi tezliklə imzalamaq üçün tərəflərin güzəştli variant tapmasının zəruri olduğunu da qeyd edib.
"Aİ ilə Mercosur (Cənubi Amerika ölkələrinin müştərək bazarı – red.) ticarət sazişi imzalamaq üçün 20 il vaxt sərf etdilər. Biz bu qədər gözləmək istəmirik... Artıq süründürməçiliyə son qoymağın, daha kreativ olmağın vaxtı gəlib" - deyə diplomat vurğulayıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

