Nida Xəbər
Emin Millidən Fuad Qəhrəmanlı ilə bağlı TƏLƏB
"...Həyat yoldaşını və qızlarını illərlə döyən, sümüklərin sındıran adam..."
Meydan TV-nin sabiq rəhbəri, siyasi fəal Emin Milli AXCP sədrinin keçmiş müavini, ailə üzvlərinə fiziki təzyiqə görə bu günlərdə gündəmin əsas müzakirə obyektinə çevrilən Fuad Qəhrəmanlı barədə status yazıb.
Publika.az xəbər verir ki, E.Milli öncə "biz kimlərlə və nə uğrunda mübarizə aparırıq? Strategiyamız nədir?" deyə sual edib, ardınca F.Qəhrəmanlı olayına belə şərh verib: "Həyat yoldaşını və öz qızını illərlə döyən, sümüklərini sındıran siyasətçi həbs olunmalıdır. Bunu bilib və belə siyasətçini müavin kimi saxlayan "demokrat" siyasətçi istefa verməlidir, əgər aparılan mübarizə demokratiya və azadlıq dəyərləri uğrundadırsa. Yalnız Fuad bəyin istefası ilə kifayətlənənləri isə anlaya bilmirəm. Nə uğrunda mübarizə aparırsız? Siz AXCP üzvlərinin, Əli Kərimlinin, onun müavinlərinin bu hadisəyə reaksiyalarını oxuyursuz?
Onlar Fuad Qəhrəmanlını bu gün də müdafiə edirlər, döyülənləri təhqir edirlər, haqq sözünü deyənləri təhqir edirlər və hədələyirlər".
E.Milli daha sonra "Bunlarla birlikdə demokratiya quraq deyirsiz?" deyə sual verib: "Bunlarla yalnız totalitar rejim qurmaq olar, hamınız da güllələnərsiz, asılarsız o rejimə qarşı çıxsaz. Selcanı müdafiə etdiyim fb (public pagedə) statusuna 1700 like gəlib, amma 800 şərh sırf AXCP trolların söyüşləridir, təhqirləridir, hədələridir. Sonra Erkin deyəndə ki, "demokratiyaya hazır deyilik" inciyirsiz ondan, elə Altay bəy kimi. Amma AXCP-nin YAP-dan daha yaxşı olduğunu düşünürsüz və özünüzə rahatlıqla liberal da, demokrat da deyə bilirsiz.
Sadəcə istəyirəm ki, özümüzə sual verək ki, biz nə uğrunda mübarizə aparırıq, bu mübarizəni kimlərlə, hansı resurslarla aparırıq və strategiyamız və planımız nədir”.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


































.jpg)
.jpg)

