Nida Xəbər
XİN rəhbəri Qarabağ danışıqlarına ciddi maneəni açıqladı - FOTO
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü iclası çərçivəsində Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçak ilə görüşüb.
XİN-dən Publika.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini qeyd ediblər və əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər. Nazir M.Layçak yaxın günlərdə Slovakiyanın Azərbaycanda Səfirliyinin açılacağını məmnunluqla bildirib.
Daha sonra tərəflər ATƏT-in Faəliyyətdə olan sədri qismində Slovakiyanın fəaliyyəti, eləcə də qarşıdan gələn Bratislava Nazirlər görüşü barəsində fikir mübadiləsi aparıblar.
Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü, yüksək səviyyəli tədbirlə bağlı hazırlıq işlərinin görülməsi, Azərbaycanın bu Hərəkata sədrliyi məsələləri ilə bağlı həmkarına məlumat verib.
Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin cari vəziyyəti, iki ölkənin Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən Nyu York görüşü barədə həmsöhbətinə ətraflı məlumat verən Nazir Elmar Məmmədyarov, məhz Ermənistan rəhbərliyinin məsuliyyətsiz mövqeyi və bəyanatlarının danışıqların irəlilədilməsinə ciddi maneə olduğunu vurğulayıb.
Nazirlər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO











.jpg)























.jpg)

.jpg)