Nida Xəbər
Azərbaycan və Ermənistan XİN rəhbərləri Bratislavada görüşəcəklər
ATƏT-in hazırkı sədrinin vasitəçiliyi ilə yaxın zamanlarda Bratislavada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bunu ATƏT-in hazırkı sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak deyib.
Onun sözlərinə görə, görüş zamanı Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.
M.Layçak bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin münaqişənin nizamlanması istiqamətində səylərini yüksək qiymətləndirir:
“İl ərzində biz müsbət siqnallar, liderlər və nazirlər səviyyəsində dialoqlar müşahidə etmişik. Eyni zamanda qoşunların təmas xəttində insan itkilərinə səbəb olmuş, narahatlıq doğuran insidentlər də qeydə alınıb. Amma indi vəziyyət, deyəsən stabildir”.
Öz növbəsində ATƏT-in baş katibi Tomas Qreminger vurğulayıb ki, Minsk qrupunun həmsədrləri qismində vasitəçilər danışıqlarda fəal iştirakını davam etdirir. Amma ciddi irəliləyiş ilk növbədə dövlət rəhbərlərinin siyasi qərarı sayəsində mümkündür. (trend)
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO











.jpg)























.jpg)

.jpg)