Nida Xəbər
Aytən Səfərova: Ağsuda seçicilər arasında çaşqınlıq yaradanlar var
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa bitərəf namizəd, məşhur teleaparıcı Aytən Piriyeva (Səfərova), Ağsu və İsmayıllı rayonlarındakı kəndlərdə müəyyən qüvvələrin insanlar arasında çaşqınlıq yaratdığını bildirib.
Publika.az xəbər verir ki, onun sözlərinə görə, indiyədək görüşlər keçirdiyi kəndlərdə müəyyən qüvvələr, insanları seçki prosesindən soyutmaq, onların arasında inamsızlıq və çaşqınlıq yaratmaq məqsədilə, mənim guya ki, öz namizədliyimi geri götürməyim barədə şayiələr yaymaqdadır. Bundan başqa, müxtəlif şəxslər, ictimai yerlərdə, insanların toplaşdığı məkanlarda "onsuz da indiki deputat seçiləcək", "özünüzü yormayın, indiki deputat öz məsələsini artıq həll edib", "seçkiyə getsəniz də, indiki deputatın adı o qutulardan çıxacaq, o, icra başçısı ilə yaxındır" və sair bu kimi insanları ruhdan salan, seçki prosesindən soyudan dezinformasiyalar yaymaqdadır. Bu dairədə seçicilərin çoxu kənd zəhmətkeşləridir, onların mütəmadi olaraq internetə daxil olmaq, mənim sosial şəbəkələrdəki səhifələrimi online izləmək imkanları yoxdur. Bu qüvvələr də məhz bundan məkrli olaraq istifadə edirlər.
Yanvarın 25-də bizim qərargaha verilən məlumata görə, deputatlığa namizədlərdən biri, Ağsunun iki kəndi - Ləngəbiz və Qəşədin yollarına daş gətirib tökdürüb, seçiciləri maddiyyatla ələ almağa cəhd göstərib. Maraqlıdır ki, bu faktı yerli dairələr hansısa səbəbə ört-basdır ediblər və həmin namizəd yalnız xəbərdarlıqla "cəzalandırılıb". Müvafiq araşdırma aparılmayıb və məsələ açıq qalıb. Digər tərəfdən, bu seçki dairəsində, xüsusilə Ağsu ərazisində qeyri-sağlam seçki mühiti hökm sürməkdədir. Bu səbəndən də mən müvafiq qurumların rəhbərlərindən, dövlət adamlarından, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsində seçkiqabağı vəziyyəti və seçki prosesini xüsusi nəzarətə götürmələrini xahiş edirəm.
Bu gün Ağsu və İsmayıllının seçiciləri arasında ən çox gözlənilən, ümid bəslənilən namizəd mənəm. Bizimlə görüşlərdə seçicilər, seçki prosesinə soyuq münasibət bəsləsələr də, biz onların hamısını bu fikirdən daşındırırıq, hamısına səsvermə günü aktiv olmağa çağırırıq. Bu isə müəyyən qüvvələri narahat edir və onlar öz şəxsi münasibətlərindən istifadə edərək əhali arasında ölkəmizdə həyata keçirilən islahatlara və seçkiyə kölgə salmaq, əhalidə ruh düşkünlüyü və inamsızlıq yaratmağa cəhdlər göstərirlər. Bütün bunlara baxmayaraq, biz seçkiqabağı təbliğat və təşfiqat kampaniyamızı davam etdiririk. Soyuğa baxmayaraq, bizimlə görüşə rekord sayda seçici gəlir. İnanaraq gəlir. Bu insanların inamını qırmaq, onları çaşdırmaq isə insafsızlıqdı!
Xatırladaq ki, Ağsudan olan hazırki millət vəkili, 1 aydan sonra 65 yaşını qeyd edəcək Tahir Kırimlidir.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO









.jpg)






.jpg)
.jpg)
















.jpg)


