Nida Xəbər
İSESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirildi
İyunun 17-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESKO) üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirildi.
Bir sıra regional və beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı ilə baş tutan konfransın açılış sessiyasında İSESKO-nun Baş direktoru Salim əl-Malik, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət və Bilik naziri Nura əl-Kəəbi, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos çıxış etdilər.
Konfransın gündəliyinə COVID-19 pandemiyası dövründə mədəniyyət sahəsinin üzləşdiyi çətinliklər, pandemiyadan sonrakı dövrdə mədəniyyət, mədəni turizm sahəsində yeni trendlər mövzuları barədə müzakirələrin aparılması və İSESKO-nun Rəqəmsal Mədəniyyət Strategiyası layihəsinin təqdimatı daxil idi.
Virtual konfransda ölkəmizi Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və İSESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə təmsil edirdi. Azərbaycan nümayəndə heyəti çıxış zamanı COVID-19 pandemiyası dövründə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə məlumat verdi, həmçinin Azərbaycanın İSESKO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini qeyd etdi.
Sonda konfransın yekun bəyannaməsi qəbul edildi.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı




































