Nida Xəbər
Milyonlarla manat vəsaitin istifadəsinə dair deputatdan - EFFEKTİV TƏKLİF
“Bu gün Milli Məclisin növbədənkənar iclasında “Qeyri-hökumət təşkilatları haqqında” qanuna təklif olunan düzəlişlər də müzakirə olundu. Yeni dəyişikliklər təsdiq olunduqdan sonra QHT-lər qrant müqavilələrini qeydiyyata almaq üçün elektron müraciət etmək imkanı qazanacaqlar”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib.
Millət vəkili plenar iclasda çıxışı zamanı xatırladıb ki, 2019-cu ildə 213 milyon manatlıq qrantın yalnız 4 milyon manatı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən təklif edilib: “Ölkənin aparıcı vətəndaş cəmiyyəti qurumları da daha çox şuranın vəsaitlərinə müraciət edirlər. Praktik olaraq əksər aparıcı QHT-lərin digər dövlət qurumları tərəfindən ayrılan 209 milyon manata çıxış imkanları məhduddur”.
Deputat buna görə bütün dövlət qurumlarına ayrılan qrantların şura tərəfindən istifadəyə verilmiş Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi (SƏLİS) vasitəsi ilə təklif olunmasını tövsiyə edib: “Bütün dövlət qurumlarının qrantlarının SƏLİS vasitəsi ilə vahid idarəedilməsi qrantların verilməsinə nəzarətin mərkəzləşdirilməsinə və güclənməsinə, şəffaflığın artmasına, hesabatlılığın gücləndirilməsinə, məlumatların elektron bölüşdürülməsinə imkan yarada bilər. SƏLİS vasitəsi ilə hətta müqavilələrin elektron bağlanmasının mümkün olduğunu nəzərə alsaq, bu eyni zamanda mövcud pandemiya şərtlərinə də uyğundur”.
Zümrüd
-
Region02:19ABŞ dronlarla hücuma keçdi? - Qeşm adasında partlayış səsləri eşidildi
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması















.webp)
















.jpg)
.jpg)


