Nida Xəbər
Könüllü hərbi xidmət üçün 4 min vətəndaş rəsmi qeydiyyata alınıb - General
Dünəndən etibarən könüllü hərbi xidmət üçün 4 min vətəndaş rəsmi qeydiyyata alınıb.
Bunu bu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.
Onun sözlərinə görə, əgər hər hansısa səfərbərlik olarsa, hərbi hissələrdən əlavə kadr istənilərsə, xidmət hərbi hissələri həmin vakansiyalar üzrə kadrlarla təmin edir. Müharibə dövründə zərurət yaranarsa, qurum hazırladığı kadrları xidmətə göndərə bilər: "Lazım olan halda hərbi vəzifəlilər çağırılaraq hərbi hissələrə göndərilə bilərlər. Bəzi şəxslər hərbi xidmətə getmək istədiklərini deyirlər. Bildririk ki, hər bir kəsin bizdə qeydiyyatı var və onları yenidən qeydiyyata almağa ehtiyac yoxdur. Prezident İlham Əliyevin çıxışından sonra biz xidmətin şöbələrində vətəndaşların rəsmi qeydiyyatına başlamışıq.
Dünəndən etibarən artıq 4 min vətəndaş rəsmi qeydiyyata alınıb.
Bəzi şəxslər xidmətin şöbələrinin qarşısına gələrək öz telefonları ilə çəkiliş edir və bildirir ki, bizi qeydiyyata alırlar. Buna ehtiyac yoxdur. Biz könüllü şəkildə ordu sıralarına getmək istəyənləri qeydiyyata alırıq. Sadəcə biz bu məsələdə ehtiyatlı olmalıyıq, normal qaydada müraciət edib qeydiyyata durmalıdır. Hazırda proses davam edir. Eyni zamanda xidmətin rəsmi elektron ünvanına də müraciət edənlər var və onlar da qeydiyyata alınır".
Rəhimov bildirib ki, xidmətə müraciət edənlərin hamısı qeydiyyatdadır: "bu gün vətəndaşın gəlib müraciət etməsinə ehtiyac yoxdur. Hazırda xidmət iyul ayı üzrə çağırışları davam etdirir. Çağırışçılar Operativ Qərargahın tapşırıqlarına riayət olunmaqla çağırışa cəlb edilir və hərbi hissələrə göndərilir. Hərbi hissəyə daxil olan çağırışçı nəzarətə götürülür, yoxlanılır və karantin müddətində saxlanılır. Çağırış yerləri, çağırışçıların daşındığı nəqliyyat vasitələri dezinfeksiya edilir. Əgər hansısa çağırışçıda xəstəlik aşkarlanarsa, dərhal nəzarətə götürülür". (trend)
-
Hadisə00:27Abşeronda yaşayış kompleksində partlayış - Sakinlər təxliyə edilir
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika27 İyul 13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək















.jpg)
.jpg)


















