Nida Xəbər
Türkiyə ilə təlimlərə ciddi hazırlıq gedib, əsas hədəf... - Sabiq korpus komandiri
“Azərbaycanla Türkiyə qoşunlarının birgə təlimləri planlı və irimiqyaslı xarakterə malikdir. Hər il Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında inkişaf proqramı hazırlanır. Bu il də bu təlimlər təklif olunmuş plan üzrə keçirilir. Bu da onu göstərir ki, Azərbaycanla Türkiyə arasında hərbi sahədə olan münasibətlər daha da genişlənir və fəaliyyətlər keyfiyyətli olur”.
Bu sözləri Publika.az-a danışan sabiq korpus komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O vurğulayıb ki, bunun nəticəsində 11 min şəxsi heyətlə Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ölkəmizdədir və irimiqyaslı təlimlər üçün birgə fəaliyyət göstərirlər: “Bu təlimlər artıq ənənvi hal alıb. Azərbaycan Ordusunun mütəxəssislərinin Türkiyədə və yaxud türkiyəli mütəxəssislərin Azərbaycanda təlimlərdə iştirak etməsi davamlıdır. Ötən il Türkiyə-Gürcüstan-Azərbaycan təlimləri də beynəlxalq hüquq çərçivəsində keçirilib. Azərbaycanlı mütəxəssislər daim Türkiyəyə səfər edir, orada tədbirlərdə iştirak edirlər. Hərbi mütəxəssislərimiz Türkiyə hərbi məktəblərində, türklər isə bizim məktəblərdə kurslarda iştirak edirlər. Keçən il 100 nəfər Türkiyə Ordusunun ixtisaslı kadrları hava hücumundan müdafiə S-300 sistemləri üzərində kurs keçdilər. Yəni, bunların hamısı mütəmadi olaraq ehtiyacdan və plandan irəli gələn fəaliyyətlərdir”.
Polkovnikin sözlərinə görə, indiki təlimlərə çox ciddi hazırlıq gedib və bir çox detalları əhatə edəcək: “Bu təlimlərdə məhz quru qoşunları ilə birgə hərbi hava qüvvələrinin də təlimləri keçirilir. Bütün Azərbaycan və Naxçıvan ərazisində olan hərbi aerodromlarda hərbi hava qüvvələrinin müştərək təlimləri planlaşdırılıb və bu gündən başlayıb. Bu təlimlər bir daha Azərbaycan-Türkiyə münasibətlərini beynəlxalq aləmdə nümayiş etdirdi. Digər tərəfdən əlbəttə ki, Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti bu gün çox vacib məsələdir. Birincisi, Azərbaycandan Türkiyəyə meqalayihələr, energetik koridorlar gedir və bədnam qonşumuzun bugünkü işğalçı siyasətini, təxribat törətmə ehtimallarını nəzərə alsaq və Tovuz rayonu istiqamətdə sərhəddə gedən proseslər onu göstərdi ki, biz bir daha o layihələrin, neft-qaz kəmərlərinin təhlükəsizlik məsələlərini göz önünə almalıyıq. Bu da təlimlərdə öz əksini tapacaq”.
Ş.Ramaldanov qeyd edib ki, digər tərəfdən bu təlimlər hər iki dövlətin döyüş hazırlığının və mövcud potensialının qaldırılmasına yönəlib: “Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri sülhməramlı qüvvələr çərçivəsində Türkiyə hərbiçiləri ilə birgə Əfqanıstanda vəzifələr yerinə yetirirlər. Bu proses davam edir. Bütün istiqamətlərdə, hərbi-texniki sahədə əməkdaşlıq bu gün ölkəmiz üçün çox vacibdir və bu bir göstəricidir. Ermənistan bu gün Rusiyaya necə arxalanırsa, biz də Türkiyəni müəyyən bir şəkildə doğma, dost və qardaş dövlət olaraq yanımızda görmək və onunla birgə fəaliyyət göstərmək bizim üçün çox vacibdir. Həmişə olduğu kimi Türkiyə Azərbaycanın yanında, Azərbaycan da Türkiyənin yanında olaraq və bu prinsipləri inkişaf etdirərək bütün fəaliyyətlərimizi qururuq və nəticədə də belə irimiqyaslı təlimlari başlatmağa imkan yaradırıq.
Polkovnik əlavə edib ki, bu təlimlər üçün qardaş türk hərbiçilərinin gəlməsi istər Naxçıvanda, istərsə də Bakıda çox böyük təntənə və ehtiramla qarşılanıb: “Burada çox böyük səmimiyyət var və bunu Türkiyəli nümayəndələr də görür. Bu səmimiyyəti heç nə ilə istiqamətləndirmək olmaz. Bu, Azərbaycan xalqının türk xalqına daxildən gələn sevgisi, məhəbbəti və səmimiyyətidir. Bu gün təlimdə iştirak edən Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri bizim türk qardaşlarımızdır və biz öz hərbiçilərimiz də daxil olmaqla hər birinə uğurlar arzulayırıq. Düşünürəm ki, qarşıda qoyulan hədəflərin hamısına uğurla nail olunacaq və bu təlimləri digər fəaliyyətlər kimi Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birliyinə, dostluğuna və inkişafına yönəlmiş bir addım kimi qəbul etmək olar”.
Qeyd edək ki, bu gündən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayır. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə bu gündən avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Akqabay Mıradov
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi