Nida Xəbər
Ceyhun Bayramov Qaxaria ilə görüşdü - FOTO
24 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan-Gürcüstan yüksək səviyyəli strateji əməkdaşlıq münasibətlərinin bir çox aspektləri üzrə fikir mübadiləsi aparıblar.
Gürcüstan Baş naziri Azərbaycan Respublikasının Prezidentini cari ilin 19 sentyabr tarixində çıxışı zamanı Gürcüstan ilə bağlı söylədiklərini minnətdarlıq ilə qeyd edərək, bu çıxışın Gürcüstan ictimaiyyəti tərəfindən yüksək səviyyədə qəbul edildiyini qeyd edib.
Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstan Baş nazirinin diqqətinə çatdırıb. Mehriban qonşuluq və dostluq mümasibətlərinə əsaslanan əməkdaşlıq və tərəfdaşlıq əlaqələrimizin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Tərəflər birgə həyata keçirilən irimiqyaslı regional layihələr, o cümlədən enerji, nəqliyyat sahəsində layihələrin nəinki iki ölkə, həmçinin bölgə üçün əhəmiyyətini qeyd ediblər. Bu xüsusda yeni layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. İki ölkə arasında mövcud tranzit imkanlarının gələcəkdə daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Hazırda dünyanın üzləşdiyi pandemiya ilə mübarizə çərçivəsində iki ölkənin qarşılıqlı əməkdaşlıq münasibətlərinin, xüsusilə daşımaların maneəsiz davam etdirildiyi xüsusilə vurğulanıb.
Tərəflər, həmçinin humanitar, mədəniyyət, ekologiya və turizm sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Dəb07:4770-ci illərin saç düzümü dəbə qayıdır - Amerikalı müğənnilər kimi... / Foto
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:1653 yaşlı türk aktrisa necə formada qaldığının sirrini açıqladı - Foto
-
Sosial02:42Bakının bu ərazisində söküntüyə hazırlıq gedir: Kompensasiya veriləcək? - Video
-
Magazin100:45Natiq Şirinov yeni doğulan nəvəsi ilə - Video
-
Qoroskop00:15Günün ulduz falı - Estetik zövq axtarışında olacaqsınız
-
Nəqliyyat00:00Bakı-Sumqayıt yolundakı tıxac problemi belə həll olunacaq - Video
-
İdman28 Noyabr 22:48Valdas Dambrauskas: “Qız Qalasının yanında stadion tikməliyik?”











.jpg)























