Nida Xəbər
Alman mətbuatı Bərdədə qadın və uşaqların qətlə yetirilməsini qınadı
Günlərdir törətdikləri vəhşilikləri utanmadan danan Şuşan Stepanyan tutarlı cavabını aldı.
Publika.az xəbər verir ki, oktyabrın 28-də düşmənin Bərdəyə zərbə endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan tvitter hesabında bunu danaraq, “cəfəngiyyat və yalan” olduğunu yazmışdı. Nüfuzlu Sueddeutsche Zeitung (SZ) nəşri isə əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.
Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözlərilə görüblər: “Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu haqda deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözlərilə görüblər. Həmin vaxt Bərdə ətrafı ərazilər, o cümlədən, qonşu Tərtər şəhəri də artileriya atəşinə tutulurdu”.
“Sueddeutsche Zeitung”, həmçinin Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini qınayıb. Qeyd edilib ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda yaradılan qondarma qurumu heç özü də tanımır. Dağlıq Qarabağ və ətrafındakı 7 rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır.
Xatırladaq ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 60-dan çox dinc sakin yaralanıb. (report)
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"

























.jpg)









.jpg)
