Nida Xəbər
Azərbaycan Ağsaqqallar Şurası İlham Əliyevə müraciət etdi
Azərbaycan Ağsaqqallar Şurası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət edib.
Publika.az müraciəti təqdim edir.
Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə olunan möhtəşəm zəfər münasibətilə ölkəmizin çoxsaylı ağsaqqalları adından Sizi - bu qələbənin memarını ürəkdən tərbik edirik. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu qələbəyə doğru çətin və uzun bir yol keçdi. Münaqişənin davam etdiyi illərdə Siz çox böyük uzaqgörənlik və təmkinlə həm xalqımızı, həm də rəşadətli ordumuzu haqqın və ədalətin bərpası uğrunda Vətən müharibəsinə hazırladınız, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təzhizatının təmin edilməsi üçün misli olmayan səylər göstərdiniz. İştirakçısı olduğunuz ən yüksək beynəlxalq tribunalardan Qarabağ həqiqətlərini dünyaya bəyan etdiniz, aparıcı dövlətlərin rəhbərlərini Qarabağın ölkəmizin əzəli torpaqları olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə inandırdınız. Qardaş Türkiyə Respublikası başda olmaqla bütün türkdilli dövlətlərin, həmçinin Pakistan, İran, İsrail kimi nüfuzlu dövlətlərin Azərbaycanın haqq işinə dəstəyinə nail oldunuz. Müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyiniz tutarlı arqumentlərlə zəngin müsahibələrinizlə ölkəmizin haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırdıniz, eyni zamanda, Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin müharibənin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldınız.
Hərbi əməliyyatlar gedişində Sizin müntəzəm olaraq bəyan etdiyiniz müjdə dolu qələbə xəbərlərini, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşı səbirsizliklə gözləyir, bu xəbərləri böyük sevinc hissi ilə dinləyirdilər. Sizin bilavasitə rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu vasitəçi dövlətlərin 30 il ərzində həll edə bilmədiyi məsələni cəmi 44 gün ərzində həll etməklə torpaqlarımızı erməni işğalından azad edərək ölkəmizin tarixi ərazi bütövlüyünü bərpa etdi. Şəhidlərimizin və Qarabağ qazilərinin qanlarının yerdə qalmasına yol vermədiniz, üçrəngli bayrağımızın illərdir yolumuzu gözləyən şəhər və kəndlərimizdə dalğalanmasına, anaların göz yaşlarının sevinc yaşları ilə əvəzlənməsinə nail oldunuz.
Bu müharibə Sizin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, mahir sərkərdəlik bacarığınızın nümayişi oldu. Müqəddəs qələbə sevincini yaşamağı nəsib etdiyinizə görə Azərbaycan xalqı Sizinlə və Sizin yaratdığınız Silahlı Qüvvələrlə, onların peşəkar zabitləri və rəşadətli əsgərləri ilə haqlı qürur duyur. Əminik ki, yüz illərlə bundan sonra gələn nəsillər də Sizin qəhrəmanlıq, xilaskarlıq, azadlıq missiyanız haqqında oxuyaraq fəxr edəcəklər.
Əldə olunan böyük Qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, xalqımıza yaşatdığınız bu sevincli günlərə görə Sizə dərin minnətdarlğımızı bildiririk.
Müraciəti Azərbaycan Ağsaqqallar Şurasının 21500 nəfər üzvü adından şuranın sədri Eldar Quliyev imzalayıb.
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO





































