Nida Xəbər
Birgə Mərkəzin yaradılması ilə bağlı Memorandumun imzalanmasını alqışlayırıq - XİN
"10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri, Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış birgə bəyanatdan irəli gələrək, Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı bu ilin 11 noyabr tarixində Memorandumun imzalanmasını alqışlayırıq".
Publika.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı açıqlamada bildirilib.
"Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacağını məmnunluqla qeyd edirik.
Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq", - açıqlamada vurğulanıb.
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...








.jpg)


























